Accessibility links

Antibiotikdən uzun müddət istifadə təhlükəlidir [Video]


Antibiotiklərdən çox istifadə təhlükəlidir
please wait

No media source currently available

0:00 0:03:14 0:00
Həkimlər uzun zaman antibiotikdən ifrat istifadənin əleyhinə çıxıb. Onlar antibiotiklərin orqanizmdəki bakteriyaları dərmanlara ehtiyacı artırdığını və tədricən təsirlərini itirdiklərini deyirlər.

Baş qərargahı Cenevrədə yerləşən Dünya Səhiyyə Təşkilatı bildirir ki, təhqiqatların nəticələri dərmana ehtiyacı artıran E-coli bakteriyası, meningit, və dəri xəstəliklərinə səbəb olur. Təşkilatın direktor müavini Keici Fukuda araşdırmaların nəticələrinin eləcə də, antibiotiklərin sətəlcəm, izhal, sidik yollarında infeksiyalar və qonoreya kimi xəstəliklərə səbəb olduğunu deyir. “Aydındır ki, bakteriyalarda müqavimətin dərəcəsi xeyli yüksəlib və bu da ciddi infeksiyalara gətirib çıxarır.

Rumıniyalı həkim Adrian Cersel onun bəzi xəstələrini müalicə etməsinin mümkün olmadığnı deyir. “Son 20 ildə bakteriyalarda elə güclü müqavimət mexanizmi inkişaf edib ki, biz antibiotibiotikə dözümlü mikrobları məhv edə bilmirik.”

Dünya Səhiyyə Təşkilatı araşdırmalarının nəticələrində deyilir ki, bəzi ölkələrdə orqanizmində bakteriya olan xəstələrin az qala yarısını antibiotiklərlə müalicə etmək mümkün olmayıb. Mütəxəssislər bunun uzun müdət antibiotik qəbul edilməsinin nəticəsi olduğunu deyirlər.

Sərhədsiz Həkimlər Təşkilatından Jan Batist Ronatın dediyinə görə, insanlar özləri bilmədən belə, antibiotik qəbul edirlər, məsələn, antibiotik verilmiş heyvan əti yeyənlər. “iki başlıca təhlükə bunlardır ki, antibiotiklərin ərzaqlarda istifadə edilməsi və heyvanlara verilməsi qidada antibiotikin artması ilə nəticələnib. 2001-ci ildən bəri Avropada buna qadağalar qoyulub. Üstəlik, səhiyyədə antibiotiklərdən geniş istifadə olunur. Adamlar adi soyuqdəymədə belə antibiotikə üz tutur.”

Ronat və digər həkimlər deyirlər ki, dünya antibiotikdən istifadə edilməyən vaxtlara qayıdır. “Bu, 19-cu əsr, Birinci Dünya Müharibəsindən əvvəlki vaxta, antibiotikin olmadığı, sidik yollarında və ya ağ ciyərdə infeksiya səbəbindən insanların öldüyü bir vaxta qayıdış deməkdir. Gələcəkdə belə olacaq.”

Dünya Səhiyyə Təşkilatının hesabatında qarşıda böyük problemlərlə üzləşiləcəyi deyilir. Hesabatda antibiotikdən həkimin tövsiyəsi olmadan istifadə edilməməli, həkimin göstərişi ilə belə mümkün qədər az istifadə edilməli olduğu deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG