Accessibility links

Antibiotiklər güclü bakteriyalara niyə təsir etmir? [Video]


Antibiotiklər güclü bakteriyalara niyə təsir etmir?
please wait

No media source currently available

0:00 0:02:43 0:00

1928-ci ildən, Penisilin preparatının aşkar ediməsindən bəri insanlar infeksiyalara qarşı antibiotikdən istifadə edir. Lakin həkimlər deyir ki, hazırda elə bakteriyalar var ki, ən güclü antibiotiklər belə onların qarşısını ala bilmir.

Ümumdünya Səhiyyə Təşkilatı 2015-ci ildə post-antibiotik dövrinə doğru irəliləyiş və insanların adi infeksiyalardan öləcəyi barədə xəbərdarlıqla çıxış edib.

“Hesablamalara görə təkcə Hindistanda bir il ərzində davamlı yoluxma səbəbilə 58 min uşaq ölüb” deyə doktor Maykl Bell bildirir.

Xəstəliklərə Nəzarət Mərkəzindən doktor Maykl Bellin dediyinə görə, 2014-cü ildə Birləşmiş Ştatlarda dərmanlara müqavimət səbəbindən 23 min insan ölüb və bu böyük problemdir. “Biz müxtəlif tipli antibiotikləri uzun müddət borularda saxladıq və bizə lazım olan zaman onların hərdən birindən istifadfə etdik. Təəssüflər olsun ki, hazırda borularda antibiuotik sıfır dərəcəsindədir.”

Bakteriyalar dayanmadan inkişaf edir və onları məhv edəcək dərmanlar da yenilənməlidir. Bu təbiidir, antibiotiklər özləri müqavimət göstərmir. Lakin bu dərmanlardan düzgün istifadə etməmək mikrobların inkişafına yol açır.

Məsələnin ən pis tərəfi isə ondan ibarətdir ki, insanlar antibiotiklərin qrip və ya soyuqdəymə kimi xəstəliklıərə qarşı yox, yalnız yoluxucu bakterial xəstəliklərə görə qəbul edilməli olduğunu anlamır. Böhranın qarşısını almaq üçün alimlər yeni dərmanlar üzərində işləyir.

Xəstəliklərlə Mübarizə Mərkəzinin apardığı araşdırmaların nəticələri Birləşmiş Ştatlar xəstəxanalarında xəstələrə lazım olduğundan daha çox güclü dərmanlar verildiyini göstərib. Agentlik xəstəxanalara müraciət edərək, onlara xəstələrə antibiotikləri daha ehtiyatla vermələrini tövsiyə edib.

“Antibiotiklərin müqaviməti yalnız antibiotiklərdən çox istifadədə deyil. Bu həm də infeksiyaların yayılmaması üçün gigiyenadan da istifadə etməkdə, natəmiz yerlərdə ehtiyatlı olmaqdadır.”

Bu sahədə ayrı-ayrı şəxslərin də köməyi ola bilər. Xəstəliklərlə Mübarizə Mərkəzinin Web səhifəsində deyilir ki, antibiotiklər, hətta özünüzü yaxşı hiss etsəniz belə, təyin edildiyi dozada və müddətdə qəbul edilməlidir.

XS
SM
MD
LG