Accessibility links

Tibbdə yenilk - "Bio-kisə" [Video]


Tibbdə yenilk - "Bio-kisə"
please wait

No media source currently available

0:00 0:01:48 0:00

Hər il dünya boyu 15 milyoina qədər körpə vaxtından əvvəl dünyaya gəlir. Onlardan 1 milyonunun vaxtından əvvəl doğulduğu üçün öldüyü təxmin edilir. Filadelfiya Uşaq Xəstəxanasının tədqiqatçıları bunun qarşısını ala biləcək yeni texnologiya icad edib.

Bu quzu artıq 3-4 həftədir süni uşaqlığın içərisində yaşayır. Alimlər günlərin birində “bio-kisə” adlanan bu süni uşaqlığın vaxtından əvvəl, 23-27 həftələr arasında doğulan körpələrin normal, 37 həftəyə çatdırılmasına yardım edə biləcəyinə ümid edir.

Associated Press-in tibb üzrə mütəxəssisi Loren Nirqard: “Hələ nəfəs ala bilmədikləri üçün onların ağ ciyərlərinə inkubatorlarla hava yeritmək gərəkdir. Buna görə də alimlər ananın bətnində olduğu kimi, süni uşaqlığın içinə amniotik maye ilə dolu kanteyner yerləşdirirlər. Bu da həmin matkanı təbii matkaya bənzədir.”

Quzunun göbəyinə keçirilmiş bu cihaz onu oksigenlə təmin edir və karbon dioksinin çıxmasına yardım edir.

Bu, tamamilə yeni texnologiyanın hər il vaxtından əvvəl dünyaya gələn təxminən 15 milyoina qədər körpənın normal inkişafına yardım edəcəyinə hələ uzun zaman var. “Hazırda bu heyvanların gələcəyi haqda nə isə deyə bilmərik, lakin hələlik onlar normal inkişaf edir. Onların tükləri belə normal uzanır. Biz onların orqanlarını müayinə etdikdə buradan çıxan heyvanların hamiləlik yaşından daha yaşlı olduğunu gördük" deyə, Loren Nirqard bildirir.

Ümid ana bətnindən kənarda olsa belə, körpələrin “bio-kisə”də təhlükəsiz inkişafına yardım etməsinədir.

İnsanlar üzərində aparılan testlər hələ 3-5 il davam edəcək və artıq bu yeni texnologiyanın Birləşmiş Ştatlar xəstəxanalarında istifadəsindən söhbət gedir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG