Accessibility links

Artıq çəki 2-ci tip diabetə səbəb olur [Video]


Artıq çəki 2-ci tip diabetə səbəb olur
please wait

No media source currently available

0:00 0:02:37 0:00

Hesablamalara görə, son 7 ildə Hindistanda artıq çəkili uşaqların sayı 30 faiz artıb və qarşıdan gələn 8 ildə bu rəqəmin iki dəfə çoxalacağı gözlənilir. Artıq çəki isə 2-ci tip diabetə çox yaxındır. Buna görə də həkimlər pəhriz saxlamaq və idmanla məşğul olmaqla, sağlam həyata çağırır.

Ruhin Sarin adi uşaqlardan gündə 4 dəfə insulin vurmaqla fərqlənir. “Mənim insulin qələmim var. Çünki mənim bədənim insulin hasil etmir, yəni mənim mədəaltı vəzim insulin ifraz etmir. Buna görə də mən 3, bəzən də 4 dəfə insulin vurmalı oluram” deyə, Ruhin bildirir.

Bu 15 yaşlı oğlan 2-ci tip diabet xəstəsidir. “Bəzən, həddən artıq çox hərəkət edəndə, və ya lazımi qədər yeməyəndə şəkərim düşür, O zaman çox zəif oluram.”

Onun Hindistan ordusunun həkim zabiti olan anasının ev işi hazırda yalnız pəhriz və idmandır. “Hazırda qeyri-sağlam qida və koka-kola məsələsi var. Bunlar uşaqlara qətiyyən verilməməlidir. Və uşaqlar növündəmn asılı olmayaraq, idmanla məşğul olmalıdırlar. Nəinki uşaqlar, onların valıideynləri də. Bu, çox vacibdir” deyə, Ruhinin anası bildirir.

Hindistanda 30 faizə qədər uşaq piylənmədən əzab çəkir və bu, 2-ci tip diabetə səbəb ola bilər. Uşaq həkimi Amit Cain: “Uşaqlarda piylənmə artmaqdadır, bu isə şəkər və başqa xəstəliklərə yol açır. Digər factor isə stresdir. Mən deyərdim ki, 14-lə 18 yaşlar arasındakı yeniyetmələr müxtəlif səbəbdən streslər yaşayır.”

Lakin yaxşı xəbər də var. Digər ölkələr Hindistanın səhiyyə rəsmilərinə şəkər xəstələrinin sayının azaldılması yollarını öyrədir. Hindistanın İctimai Səhiyyə Fondundan Monika Arora: “Bizim diabetlə bağlı problemimiz böyükdür. Lakin inkişaf etmiş ölkələr bizə bunun qarşısının alınması strategiyasını öyrədir. Biz artıq nə etməli olduğunu bilirik və bunun sayəsində biz indiki mərhələdən birbaşa şəkəri sala biləcək mərhələyə sıçraya bilərik."

Əgər bütün bunlara riayət olunmazsa Hindistan səhiyyə böhranı ilə üzləşəcək. Belə ki, diabeti olan insanlar kor ola, böyrəklərini itirə, hətta iflic ola bilərlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG