Accessibility links

Balıq dərisi - Yanığın yeni müalicəsi [Video]


Balıq dərisi - Yanığın yeni müalicəsi
please wait

No media source currently available

0:00 0:01:39 0:00

İnsanın ən böyük orqanı hansıdır? Cavab isə məlumdur - dərisi. Lakin cod olmasına baxmayaraq, dərinin düşməni istilikdir. Ağır yanıq alan dərilər adətən ya insan, ya da donuz dərisi ilə əvəz olunur. Braziliya həkimləri isə dərini unikal yolla əvəz etməyə başlayıb.

Bu hovuzda üzənlər yanıq alanlar üçün yeni müalicədir. Bu, adətən təmiz suda yaşayan və yemək kimi yeyilən Telapiya balığıdır. Lakin bu Telapiya, daha doğrusu onun dərisi yanıq üçün müalicəvi xüsusiyyətə malikdir.

Tədqiqatçı həkim Edmar Makil: “Tarixi araşdırmaların nəticələri Telapiya balığının dərisində yanığın sağalması üçün vacib olan Kallogen-1-in çox olduğunu göstərib. Bu dəridə insan dərisində olduğu kimi nəmlik və plastiklik yüksək səviyyədədir.”

Braziliya həkimləri yanıq alanların dərisini tilapiya dərisi ilə əvəz edir. Onlar Telapiya dərisinin yanığın tez sağalmasına və ağrının azalmasına yardım etdiyini, eləcə də bahalı antibiotiklərdən istifadəyə ehtiyac olmadığını aşkar edib. “Araşdırmalar zamanı Telapiya dərisi ilə adətən yanıq zamanı istifadə edilən antibiotic Sulfadiazin preparatı arasında oxşarlığın olduğu aşkar edildi. Telapiya dərisi yanığı müalicəsi üçün çəkilən xərci 75 faiz azaldır” deyə, doktor Makil bildirir.

Hələlik isə bu balığın dəsirindən araşdırmalar üçün daha çox istifadə edilir. Lakin xəstələr bunun yardım etdiyini deyirlər. Xəstə Antonio Janio: “Başqa müalicə lazım deyil, tilapiya dərisindən istifadə edin, əladir. Ağrını götürür və sizə dərman gərək olmur. Allaha şükür, mənə kömək etdi.”

Həkimlər balıq dərisindən tibbi sahədə istifadənin Telapiyanın inkişafına yardım edəcəyinə ümid edir.


XS
SM
MD
LG