Accessibility links

Skeletal-fluorosis adlanan sümük xəstəliyi [Video]


Skeletal-fluorosis adlanan sümük xəstəliyi
please wait

No media source currently available

0:00 0:02:05 0:00

Test zamanı içməli suyun rənginin tez bir zamanda dəyişməsi həmin suda fluoridin çox olması deməkdir və bu, inkişaf etməkdə olan ölkələrdə sümük xəstəliyi skeletal-fluorosisin qarşısını almağa yardım edə bilər.

Fluorid çox zaman içməli suya əlavə edilir və diş çürümələrinin qarşısının alınmasında yardım edir. Lakin çox fluorid skeletal-fluorosis adlanan sümük xəstəliyinə səbəb olur. Bat universitetindən doktor Saymon Luis: “Sümüklər fluoridin hücumuna məruz qalır və suda fluoridin səviyyəsi çox olduqda həmin suyu uzun zaman içən uşağın sümüklərində çox ağır formada deformasıya başlaya bilər.”

Tanzaniyanın Oldonya-Sambu kəndindəki içməli sudakı fluoraidin səviyyəsi Birləşmiş Ştatlardakı içməli suyun səviyyəsindən 60 dəfə çoxdur. Bu isə həm uşaqların, həm də böyüklərin sağlamlığına təsir edir. Bel sümüyü və əl-ayağın əyilməsindən savayı, skeletal-fluorosis xəstəliyi xroniki ağrılarla müşayiət olunuq və uşaqların əqli inkişafına mane olur.

Oldonya-Sambu Kənd Şurasından Raymond lairumbe: “Fluorid eləcə də uşaqların əqli fəaliyyətinə mane olur. Siz buradakı uşaqlar arasında bu uşaqda olduğu kimi böyük başlar görə bilərsiniz. Bu, normal deyil və əqli problemlərə səbəb olur.”

Bath universitetinin alimləri yeni molekul aşkar edib. Həmin molekulu suya əlavə edir və suyun rəngi bir neçə dəqiqə ərzində dəyişib mavi olursa, bu, həmin suda fluoridin səviyyəsinin həddən artıq çox olması deməkdir. “Bunun üçün nə laboratoriya gərəkdir, nə də xüsusi cihaz. Bunun üçün nə yüksək səviyyəli mürəxəssis və ya elektriklə işləyən cihaz lazımdır. Əslində bunun üçün təhsilli olmaq da gərək deyil” deyə, doktor Luis bildirir.

Vəziyyəti çox ağır olan 6 yaşlı Kurianqaya gəzməyinə yadım edəcək müvəqqəti əsa ilə gəzir və onun cərahiyyə əməliyyatına ehtiyacı var. Bat universitetinin alimləri bu yeni molekulun gələcək nəsillərə əlilliyə səbəb ola biləcək xəstəliklərin qarşısını alacağına ümid edir.

XS
SM
MD
LG