Accessibility links

Şəkərli içkilər artıq çəkiyə və piylənməyə səbəb olur [Video]


Şəkərli içkilər artıq çəkiyə və piylənməyə səbəb olur
please wait

No media source currently available

0:00 0:01:24 0:00

Dünyada insanların təxminən üçdə bir hissəsi artıq çəki və ya piylənmədən əziyyət çəkir. Bu problemlə bağlı aparılan araşdırmaların nəticələri “New England Journal of Medicine”də dərc edilib. Uşaqların çəkisinə gəldikdə isə Birləşmiş Ştatlar siyahıda birinci yerdədir.

Amerikada uşaqların 13 faizində piylənmə problemi var. Vaşinqton ştatının Siyetl şəhəri bu problemlə mübarizəyə qalxıb. Siyetl Şəhər Şurası bütün şəkərli içkilərin hər 28.3 qramına 1.75 sent vergi verilməsi barədə qərar qəbul edib.

Pəhriz içkiləri istisha edilməklə, buraya koka-kola və pepsi-kola, idman içkiləri, enerji içkiləri kimi içkilər daxildir. Biznes sahibləri bu vergilərin insanı öldürdüyünü deyir. “Vergi verginin ardınca gəlir, bu bizi dağıdır. Kiçik bizneslər buna dözməyəcək” deyə. mağaza sahibi Qurdiv Mann bildirir.

Lakin bu qərarın tərəfdarları ölkədə 13 faiz uşağın piylənmədən əzab çəkdiyini və bunun böyük problem olduğunu deyir. Siyetl Şəhər Şurasından Tim Borgiss: “İctimai səhiyyə rəsmiləri bizə şəkərli içkilərin öldürücü təsirləri olduğunu deyir və bu içkilərin istehlakını azaltmaq üçün vergiləri artırır.”

Lakin bəzi həkimlər vergi artırmağın bu problemin həllinə kifayət etmədiyini deyir. “Şəkərli içkilər uşaqlar üçün çox zərərlidir və biz uşaqların sıfır şəkərli içkilər içməsini istəyirik” deyə, Siyetl Uşaq Xəstəxanasının həkimi Molli Qrov bildirir.

Vergidən əldə edilən pulun yarısının uşaqlar üçün sağlam qidaya sərf ediləcəyi deyilir. Beləliklə, ictimai səhiyyə rəsmilərinin epidemiya adlandırdıqları artıq çəki probleminin həllinə ümid edilir.

XS
SM
MD
LG