Accessibility links

Valideynlərindən ayrılmanın uşaqların psixikasına təsir edəcəyi barədə xəbərdarlıq edilir [Video]


Valideynlərindən ayrılmanın uşaqların psixikasına təsir edəcəyi barədə xəbərdarlıq edilir
please wait

No media source currently available

0:00 0:02:21 0:00

Prezidenti Tramp mühacir uşaqların ABŞ-ın cənub-şərq sərhədində ailələri ilə birlikdə qalmasına dair sərəncam imzalasa da, 2 mindən çox uşaq sığınacaqlarda ailə üzvlərindən ayrı yaşayır. Həkimlər və psixiatorlar həmin uşaqlardan bəzilərinin uzunmüddətli travmaya məruz qala biləcəyi ilə bağlı narahatılqarını bildirir.

Bu, Birləşmiş Ştatlar sərhədində uşağından ayrı düşən hər bir valideynin arzusudur. Qvatemaladan olan bu ana arzusuna çatıb. O, oğluna qovuşub. Onlar bir ay idi ki, ayrı düşmüşdülər.

Video görüntülərdə uşaqların qəfəsdə saxlandığını görmək mümkündür. Onlar eləcə də Oreqonda olduğu kimi çadırlar və sığınacaqlarda saxlanılır. Burada saxlanan uşaqların şəkillərinin çəkilməsinə icazə verilmir.

Həkimlər valideynlərindən ayrılma hallarının uşaqların psixikasına təsir edəcəyi barədə xəbərdarlıq edir. Doktor Kollin Kraft: “Bu travmaların aradan qalxması və uşaqların tam sağalması üçün uzun zaman gərəkdir.”

Miriam Qoldin zərərçəkən uşaqları “Travma, Sağalma və Maarifləndirmə” üzrə Gil institutunda müalicə edir. “Siz uşağı qucağınızda saxlayanda, o sizin ürək döyüntünüzü eşidir, siz də onunkunu eşidirsiniz və bu birgəlik hissi uşağı sakitləşdirir.”

Valideynin hər bir toxunuşu uşağa qayğı və sevgi hisslərini aşılayır. Doktor Liza Fortuna: “Nəvaziş və qayğı göstərilməməsi kiçik yaşda uşaqlara çox pis təsir göstərir və bunun onların gələcək inkişaf üçün olduqca ciddi nəticələri ola bilər. Onlar böyüklərdən qayğı görməzsə, onlarla məşğul olunmazsa, bu uşaqlar zəif ola və inkişafdan geri qala bilərlər.”

Qayğı olmadan uşaqlar başqaları ilə rəftarı öyrənə bilməz. Onlar başqalarına etibar hissini itirə bilərlər. Hətta valideynlərinə qovuşsalar belə, onlar özlərini xoşbəxt hiss etməyə bilərlər.

Ola bilsin bu uşaqlardan hər birinin sağlamlıq problemi olmasın. Lakin kiçik yaşlı uşaqlar daha həssasdırlar və valideynlərindən ayrılmaları onlarda vaxtilə öz ölkələrində aldıqları stresi daha da dərinləşdirə bilər.

XS
SM
MD
LG