Accessibility links

Rəsmilər Ukraynanın şərqində şiddətli döyüşlərin getdiyini deyir


Ukrayna rəsmilərinin bazar günü bildirdiyinə görə, qoşunları ölkənin cənub hissəsində uğurlar əldə etdiyi bir vaxt Rusiya qüvvələri Ukraynanın şərqində şiddətli döyüşlər fonunda irəliləyiş əldə edib.

Müdafiə nazirinin müavini Hanna Malyar Rusiyanın Liman, Avdiyivka və Marinka da daxil olmaqla, Donetsk vilayətinin bir sıra bölgələrində irəliyə doğru gedib.

"Hər yerdə şiddətli döyüşlər gedir. Vəziyyət olduqca mürəkkəbdir," Malyar Telegram kanalında yazıb.

Malyar bildirib ki, Ukrayna qüvvələri cənubda "düşmənin intensiv müqaviməti, uzaqdan idarə olunan minalar və (Rusiya) hərbi ehtiyatlarının yenidən yerləşdirilməsi" ilə üzləşib.

Rusiya ordusunun Ukraynanın Baxmut yaxınlığındakı kəndləri və cənubdakı ərazilərində, xüsusən də strateji təpəlik Vuhlear şəhəri yaxınlığındakı hücumlarını dəf edib.

12 gün davam edən sakitlikdən sonra bazar günü səhər saatlarında Rusiya Ukrayna pilotsuz təyyarələrlə hücuma keçib. Kyiv ərazisində bir nəfər dağıntılar altında qalaraq yaralanıb. Hücum Ukraynanın Hava Hücumundan Müdafiə Sistemləri tərəfindən dəf edilib.

Ukrayna paytaxtının rəsmiləri şəhərə və ətraf ərazilərə hücum edən dronların dəqiq sayını açıqlamayıb. Lakin Ukrayna Hərbi Hava Qüvvələri İran istehsalı olan 8 "Şahed" pilotsuz təyyarəsinin və Rusiyanın 3 "Kalibr" qanadlı raketinin Hücum Ukraynanın Hava Hücumundan Müdafiə Sistemləri tərəfindən vurulduğunu bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski Hərbi Dəniz Qüvvələri komandirinin hesabatını dinləmək, pilotsuz uçuş aparatları və raket proqramının inkişafı perspektivlərini müzakirə etmək, eləcə də hərbçilərə mükafatlar təqdim etmək üçün bazar günü Qara dənizin liman şəhəri Odessaya səfər edib.

"Düşmən Qara Dəniz şərtlərini qətiyyən diktə etməyəcək və Rusiya gəmiləri artıq Qara dəniz sahillərimizə yaxınlaşmaqdan qorxduğu kimi, işğalçılar bizim Krım və Azov dənizi sahillərinə yaxınlaşmaqdan qorxmalı olacaq" Zelenski özünün Tvitter səhifəsində deyib.

XS
SM
MD
LG