Accessibility links

İlqar Məmmədovun səhhəti pisləşib


REAl Hərəkatının həbsdə olan lideri İlqar Məmmədovun səhhəti kəskin pisləşib. Bu barədə REAL-ın icra katibi Natiq Cəfərli Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, Məmmədov martın 22-də saxlanıldığı cəzaçəkmə müəssisəsindən Cəfərliyə zəng edərək bildirib ki, onun kürəyində və əzələlərində ciddi ağrılar başlayıb.

“Ciddi bel və əzələ ağrıları var, yerimək, hətta danışmaq belə ona əziyyət verir. Təcili olaraq xarici həkimlərin onu ziyarət etməsini istədi, biz də artıq həm Qırmızı Xaç Komitəsinə, həm də əlaqədar digər təşkilatlara İlqar Məmmədovun durumunu və həkim tələbini çatdırdıq”, Natiq Cəfərli yazır.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, 7 il azadlıqdan məhrum edilib.

2015-ci ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İ.Məmmədovun şikayətini təmin edərək, onun azadlığa buraxılması barədə qərar qəbul edib.

Avropa Şurası Nazirlər Komitəsi bir neçə dəfə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

2015-ci ilin oktyabrında Ali Məhkəmə işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib. 2016-cı ili aprelin 29-da Şəki Apelyasiya Məhkəməsi əvvəlki hökmü qüvvədə saxladığından İ.Məmmədov azadlığa buraxılmayıb. Ali Məhkəmə də bu qərardan verilən kassasiya şikayətini təmin etməyib.

İlqar Məmmədov qanunsuz məhkum edilməsi ilə bağlı 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinə (ikinci şikayət) şikayət verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG