Accessibility links

Jurnalistləri Müdafiə Komitəsi hakimiyyəti Rauf Mirqədirovun azad edilməsinə çağırır


JMK: Azərbaycanda KİV-də tənqidə qarşı dözümsüzlük davam edir
JMK: Azərbaycanda KİV-də tənqidə qarşı dözümsüzlük davam edir

Mirqədirov aprelin 19-da Ankaradan Bakıya qayıtdıqdan sonra dövlətə xəyanət ittihamı ilə saxlanılıb

“Jurnalist Rauf Mirqədirovun Türkiyədən deportasiya olunması azmış kimi, o, casusluqda ittiham olunur və həbs edilib. Biz Azərbaycan hakimiyyətini bu saxta ittihamları ləğv etməyə və müstəqil səsləri susdurmaq məqsədilə təzyiqlərə son qoymağa çağırırıq”. Bu barədə Jurnalistləri Müdafiə Komitəsinin nümayəndəsi Nina Oqnyanova bildirib.

Onun fikrinə görə Azərbaycan Avrasiya regionunda aparıcı jurnalist həbsxanalarından biridir.

Mirqədirov aprelin 19-da Ankaradan Bakıya qayıtdıqdan sonra dövlətə xəyanət ittihamı ilə saxlanılıb.

Baş Prokurorluq Mirqədirovu siyasi və hərbi xarakterli məlumatları, o cümlədən dövlət sirri olan məlumatları ermənilərə verməkdə ittiham edib.

“Azərbaycanda son illər mətbuat azadlığı daim pisləşir. Mətbuat azadlığının təmin edilməsi üzrə öhdəliklərə, habelə Avropa Şurası qarşısındakı öhdəliklərə baxmayaraq, Azərbaycan hakimiyyəti öz tənqidçilərini təqib etməyə və həbs etməyə davam edir, mətbuatın azadlığını məhdudlaşdıran qanunlar qəbul edir, QHT-lərin fəaliyyətinə böyük məhdudiyyətlər tətbiq edir, deyə JMK-nin bəyanatında qeyd edilib.
XS
SM
MD
LG