Accessibility links

Rauf Mirqədirov : Hələlik bu günədək mənə heç bir təzyiq olmayıb [Video]


Rauf Mirqədirov :İndiyədək mənə heç bir təzyiq olmayıb
please wait

No media source currently available

0:00 0:02:07 0:00

Rauf Mirqədirov :İndiyədək mənə heç bir təzyiq olmayıb

O, atasının yasında iştirak edib

"Ayna –Zerkalo " qəzetinin həbs olunmuş müxbiri Rauf Mirqədirova atasının dəfnində iştirak etməyə rəsmi icazə verilib.

Atasının dəfninə qatılmaq üçün Rauf Mirqədirovu MTN-nin istintaq təcridxanasından evlərinə gətiriblər.

Daha sonra Rauf Mirqədiov mühafizəçilərin müşayəti ilə atası Həbibulla Mirqədirovu Qurd Qapısı qəbiristanlığında dəfn edib.

Atasının dəfni ilə əlaqədar 3 gün evdə qalmağa icazə verilən Rauf Mirqədirov deyib ki, indiyədək ona heç bir təzyiq olmayıb:

«Atamın dəfn mərasimində iştiraka şərait yaratdıqlarına görə təşəkkürümü bildirirəm. Başqa bir bəyanatım olmayacaq».

Dəfndə vətəndaş cəmiyyətinni nümayəndələri, media qrumların təmsilçiləri iştiak edib.

Dəfndən sonra jurnalistlərə açıqlama verən Sülh və Demokrtaiya İnstututunun rəhbəri Leyla Yunus
Rauf Mirqədirovun casusluq etmədyini və onun həbs qəti imkan tədbirinin dəyişdirilməsi üçün Baş prokurorluğa müraciət edilib.

Rauf Mirqədirov son bir neçə ildə ailəsi ilə birgə Ankarada yaşayırdı. Aprelin 17-də heç bir izahat verilmədən onun Türkiyədəki akreditəsi ləğv edilib v jurnalist saxlanılıb.

Aprelin 19-da Bakıya yola salınıb və Bakı hava limanında həbs edilib. R.Mirqədirov Ermənistanın xeyrinə casusluqda ittiham edilir. O, ittihamı sifariş hesab edərək rədd edir
XS
SM
MD
LG