Accessibility links

Məhkəmə Arif Yunusun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib [yenilənib-1] [Audio-müsahibə]


Arif Yunus
Arif Yunus

Hüquqşünas Yusif Ağayevin Amerikanın Səsinə müsahibəsi

Sülh və Demokratiya İnstitutunun əməkdaşı, tarixçi Arif Yunus barəsində həbs qətimkan tədbiri seçilib.

Vəkil Xalid Bağırov Amerikanın Səsinə bildirib ki, Nəsimi Rayon Məhkəməsində Arif Yunusun həbs edilməsi barədə Prokurorluğun təqdimatına baxılıb. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.

Arif Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178.3.2-ci (dələduzluq), onun həyat yoldaşı tanınmış hüquq müdafiəçisi Leyla Yunus isə Cinayət Məcəlləsinin 274-cü, 178.3.2-ci, 192.2.2-ci (qanunsuz sahibkarlıq), 213.2.2-ci (vergidən yayınma, 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci maddələri ilə təqsirli bilinir.

İyulun 30-da L.Yunus qeyd olunan maddələrlə təqsirləndirilərək barəsində məhkəmənin qərarı ilə 3 ay həbs qətimkan tədbiri, Arif Yunusun isə səhhəti nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə A.Yunusov qətimkan tədbirinin şərtlərini müəyyən edən və ona elan olunmuş cinayət-prosessual qanunvericiliyin tələblərinin pozuntusu hallarına yol verib.

Belə ki, qətimkan tədbirinin icrasını həyata keçirən polis orqanı tərəfindən A.Yunusovun yaşadığı rayonun ərazisini müvafiq icazə olmadan dəfələrlə tərk etməsi, cinayət işi üzrə cinayət təqibinə məruz qalan və ya qala biləcək maraqlı şəxslərlə görüşləri, internet yazışmaları, kütləvi informasiya vasitələri və xəbər saytlarında dərc olunan müsahibələri ilə birtərəfli, yanlış məlumatlar verməsi, polisin müvafiq əməkdaşı dəfələrlə onun yaşadığı mənzilə gəldikdə evdə olmaması, eləcə də müəyyən edilmiş cədvəl üzrə polis orqanına gəlmə qrafikinə əməl etməyərək çağırışlara vaxtında gəlməməsi müəyyən edilib.

Göstərilənlərin əsasında əvvəl seçilmiş qətimkan tədbiri dəyişdirilərək A.Yunusovun barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib”, mətbuat xidmətinin məlumatında deyilir.

Yusif Ağayev
Yusif Ağayev

Hüquqşünas Yusif Ağayev Arif Yunus barəsində həbs qəti imkan tədbiri seçilməsini düzgün saymır. “Onun barəsində polisin nəzarətində olmaqla qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi beynəlxalq ictimaiyyətin Leyla Yunusun həbsinə sərt reaksiyası ilə bağlıdır. Bu hökuməti çox narahat edib”.

Yusif Ağayevlə müsahibə
please wait

No media source currently available

0:00 0:03:41 0:00
Direct link

Hüquqşünas Arif Yunusun Baş Prokurorluğun məlumatına münasibət bildirərkən deyib ki, o məhkəmənin müəyyən etdiyi qaydalara əməl edib. “Hər gün saat 18-dək polisə məlumat verib və Bakı şəhərini tərk etməyib. Maraqlı şəxslərlə görüşə gəlincə isə polisin nəzarətində olan şəxs bunu edə bilməzdi”, o qeyd edib.

Yusif Ağayev Leyla və Arif Yunusların ciddi xəstəliklərinin olduğunu və onların daim dərmanlarla təchiz olunmasının vacibliyini diqqətə çatdırıb. “Onların səhhətində hansısa dəyişiklik olarsa məsuliyyəti istintaq orqanı və hökumətin üzərindədir”, hüquqşünas qeyd edib.

***

Arif Yunus barəsində qətimkan tədbirinin dəyişdirilərək həbs seçilməsi üçün məhkəməyə təqdimat verilib.

***

Konfliktoloq, Sülh və Demokratiya İnstitutunun əməkdaşı Arif Yunus bu gün Bakı İstintaq Təcridxanasında saxlanılan həyat yoldaşı Leyla Yunusun yanına gedərkən saxlanılıb.

Vəkil Xalid Bağırov Amerikanın Səsinə bildirib ki, əvvəlcə A.Yunusu Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə aparıblar.

Sonra vəkilə bildirilib ki, A.Yunus Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi İbrahim Ləmbəranskinin yanına aparılıb.

Vəkil A.Yunusun da həbs olunacağından ehtiyat etdiyini bildirib.

XS
SM
MD
LG