Accessibility links

AXCP fəalı həbs edilib


Amil Məmmədzadə
Amil Məmmədzadə

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Suraxanı rayon şöbəsinin fəalı Amil Məmmədzadə Suraxanı rayon Məhkəməsinin qərarı ilə polisə qanuni tələbinə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edilib. Bu barədə Amerikanın Səsinə AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.

Onun sözlərinə görə, A.Məmmədzadə fevralın 19-da saxlanılııb.

“Onu Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinə avtomobilinin guya radara düşdüyü adı ilə çağırıblar. Amil Məmmədzadə polis bölməsinə gedib ki, məsələni aydınlaşdırsın. Lakin bölmədə onu saxlayıblar. Fevralın 20-də A.Məmmədzadəyə Suraxanı rayon Məhkəməsinin qərarı ilə polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edilib”, o qeyd edib.

G.Bayramlı fəalın həbsini "AXCP-yə qarşı repressiyanın davamı" kimi qiymətləndirib.

Polis orqanları Amil Məmmədzadənin həbsinin səbəbləri ilə bağlı hələ məlumat yaymayıb.

XS
SM
MD
LG