Accessibility links

AXCP fəalı narkotik ittihamı ilə həbs edilib


Elnur Fərəcov
Elnur Fərəcov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Neftçala rayon (Bakıdan 174 kilometr cənub) şöbəsinin fəalı Elnur Fərəcov Cinayət Məcəlləsinin 234.2-ci maddəsi (Satış məqəsdi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) ilə ittiham edilir. Bu barədə Amerikanın Səsinə AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.

Fərəcov 2016-cı il dekabrın 9-da həbs edilib.

“Ötən ilin dekabrında bir nəfər onunla tanış olub, rayonda iş qurmaq istədiyini və Fərəcovu işlə təmin edəcəyini bildirib. Fərəcov onunla razılaşıb və çayxanaya gediblər. Bu zaman polsilər onları əhatəyə alıb və tanışının cibindən narkotik çıxıb. Həmin şəxs narkotiki Fərəcovdan aldığını deyib. O şəxs guya istintaqa kömək edib və bu səbəbdən məsuliyyətdən azad edilib. Fərəcovun barəsində isə həbs qətimkan tədbiri seçilib. Həbsdən sonra Fərəcovun valideynlərinə onun günahı olmadığını və tezliklə azad ediləcəyini bildiriblər. Valideynlər nəhayətdə aldadıldıqlarını başa düşüb və məsələnin ictimailəşdirilməsinə razılıq verib”, vəkil Nemət Kərimli Amerikanın Səsinə deyib.

“Elnur Fərəcovun həbsi sırf siyasi xarakter daşıyır”, vəkil qeyd edib.

AXCP Neftçala rayon şöbəsinin sədri Əflatun Əhmədzadə facebook səhifəsində yazıb ki, Fərəcov əvvəllər də bir neçə dəfə inzibati qaydada müxtəlif müddətə həbs olunub: 2016-cı ilin sentybar aksiyasından sonra 5 sutka cəza alıb. Sosial şəbəkələrdə kifayət qədər fəal olub.

“Odur ki, E.Fərəcova qarşı narkotika ittihamı uydurmadır”, Əhmədzadə qeyd edib.

Fərəcov AXCP, atası isə Müsavat Partiyasının yerli təşkilatının fəalıdır.

“Elnur Fərəcov 2016-cı ildə Milli Şuranın mitinqində iştirak etdikdən sonra guya küçədə nalayiq söyüş söyməsi adı ilə 5 sutka inzibati həbs edilib. Bu həbsdən sonra onu işdən azad ediblər. Hazırda həmin həbslə bağlı şikayət Avropa İnsan Hüquqları Məhkəməsinin icraatındadır”, Nemət Kərimli qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG