Accessibility links

Anasının blogerlə görüşünə imkan verilməyib


Mehman Hüseynov
Mehman Hüseynov

Mehman Hüseynovun anasına oğlu ilə görüş verməyiblər, bu barədə vəkil Elçin Sadıqov bildirib.

"Mehman üçün bağlama qəbul olunsa da, ananın oğlu ilə görüşünə icazə verməyiblər", vəkil qeyd edib.

Vəkil istintaq təcridxanası əməkdaşlarının məhkəmədən icazə təqdim etmək tələbini qanunsuz adlandırıb.

“Bu, "Azadlıqdan məhrumetmə yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqları" haqqında qanuna ziddir.

Görüş məhdudiyyətini yalnız cinayət təqibi həyata keçirən orqan tətbiq edə bilər. Belə bir qadağa yoxdursa, görüş verməkdən imtina qanunsuzdur.

Çünki qanuna əsasən, məhbus həftədə bir dəfə öz qohumları ilə görüşə bilər”, o qeyd edib.

Bu qanunsuz qadağa davam edərsə, vəkil müvafiq hüquqi addımları atacaq.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Mehman Hüseynov Nəsimi Rayon polis idarəsinin rəisi Musa Musayevin şikayəti əsasında diffamasiya ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edilib. İddia üçün bəhanə blogerin Nəsimi Rayon polis idarəsində ona işgəncə verildiyi haqqında bəyanatları olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG