Accessibility links

Kanal 13 internet televiziyasının rəhbəri həbs edilib


Kanal 13

Mayın 2-də Kanal 13 İnternet Televiziyasının rəhbəri Əziz Orucov Nəsimi rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbsə məhkum edilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə polisin qanuni tələbinə tabe olmamaqda günahlandırılıb. Bu barədə vəkil Elçibn Sadıqov bildirib.

Belə ki, bu gün səhər saatlarında Əziz Orucov və onun həyat yoldaşı, televiziyanın redaktoru Lamiyə Orucova mülki şəxslər tərəfindən Bakının Nəsimi rayon Polis İdarəsinə aparılıb.

Əziz Orucov
Əziz Orucov

Vəkilin sözlərinə görə, guya polis onun xarici görünüşünün axtarışda olan bir şəxsin xarici görünüşü ilə uyğun gəldiyinə görə saxladğını bildirib.

“Axtarışda olan şəxsin şəkli nümayiş etdirildi və Əziz Orucov həmin şəxsə ümüumiyyətlə oxşamır. Bu sadəcə quramadır və məqsəd Əziz Orucovu saxlamaq olub”, vəkil qeyd edib.

Sadıqovun sözlərinə görə, Əziz Orucov özünü təqsirli bilmir. Nəsimi rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək.

“Burada məqsəd kiminsə axtarılması deyil, Əziz Orucovun tutulması olub. Sabah, mayın 3-də Beynəlxalq Mətbuat Azadlığı Günüdür. Azərbaycanda mətbuat azadlığı ilə bağlı problemlər var və bu həbs ifadə azadlığına qarşı yönəlib”, Sadıqov qeyd edib.

Kana 13 internet televiziyası 2008-ci il oktyabrın 10-dan canlı yayımlanır.

Kanal 13 saytında bildirir ki, həm də özlərini digər efir məkanlarında azad ifadə etməyə imkan tapmayan QHT-lərin, hüquq müdafiəçilərinin, gənclər təşkilatlarının, ictimai birliklərin və digər qurum və təşkilatlarının nümayəndələrinə söz demək, həmçinin irqindən, dilindən, dinindən, cinsindən, milliyyətindən və siyasi mənsubiyyətindən asılı olmayaraq hamı üçün bərabər efir imkanı yaradır.

XS
SM
MD
LG