Accessibility links

AXCP fəalı həbs edilib


AXCP
AXCP

AXCP Gənclər Komitəsinin Xətai rayon şöbəsinin fəalı İslam İslamzadə iyunun 8-də Ağdam rayon Məhkəməsinin qərarı ilə 25 sutka inzibati həbsə məhkum edilib. İslam İslamzadə Bərdə rayonunda yerləşən müvəqqəti saxlanma təcridxanasına aparılıb. Bu barədə AXCP məlumat yayıb.

Məlumatda deyilir ki, İslam İslamzadənin qardaşı ötən gün Ağdam rayon Quzanlı polis şöbəsinə çağırılıb və qardaşının polisə gəlməsi tələb olunub.

İslamzadə Ağdam rayonunda qeydiyyatdadır və Bakıda yaşayır.

“Ağdam rayonuna qeydiyyatda olduğu üçün Quzanlı polisinə çağırıblar və məhkəmənin qərarı ilə 25 sutka həbs veriblər. Həbsin səbəbi barədə məlumat öyrənə bilmirik. İslam İslamzadə facebook-da fəaldır və yəqin ki, həbsinin səbəbi də budur”, AXCP Gənclər Təşkilatından bildiriblər.

Polis şöbəsindən AXCP fəalının həbsinin səbəbini öyrənmək mümkün olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG