Accessibility links

Aleksandr Lapşinin cinayət işi məhkəməyə göndərilib


Aleksandr Lapşin
Aleksandr Lapşin

Bakıda həbsdə olan bloger Aleksandr Lapşinin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baxılacaq.

Yerli medianın yazdığına görə, məhkəmənin hazırlıq iclası iyunun üçüncü ongünlüyündə olacaq.

A.Lapşinin vəkili Eduard Çernin bildirib ki, işin məhkəməyə verilməsi barədə məlumatlı deyil. Ancaq əlavə edib ki, bunun baş verəcəyi gözlənilirdi.

Bundan öncə taxikardiyadan əziyyət çəkən A.Lapşin hələ də tibb məntəqəsindədir. Ancaq onun vəziyyəti yaxşılaşıb və saxlanma şəraitindən şikayəti yoxdur.

Mayın sonlarında A.Lapşinin anası ona baş çəkib.

Rusiya, Ukrayna və İsrail vətəndaşı olan A.Lapşin Azərbaycanın ermənilərin nəzarətində olan ərazilərə qanunsuz səfər etdiyinə və ölkənin ərazi bütövlüyünə qarşı çağırışlar etdiyinə görə cinayət məsuliyətinə cəlb olunub.

2016-cı ilin sonlarında o, Belarusda saxlanılıb. 2017-cı il fevralın 7-də Azərbaycana ekstradisiya edilib. Onu bir neçə il həbs cəzası gözləyir.

XS
SM
MD
LG