Accessibility links

Penitensiar Xidmət Bayram Məmmədova qarşı işgəncə olmadığını bildirir


Bayram Məmmədov (Foto by: Amid Süleymanov)
Bayram Məmmədov (Foto by: Amid Süleymanov)

13 Saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən gənc fəal Bayram Məmmədovun ona işgəncələr verilməsi, qanunsuz hərəkətlərə məruz qalması barədə müraciətinə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində baxılıb.

Bu haqda gənc fəalın vəkili Elçin Sadıqova Penitensiar Xidmətin əməliyyat-rejim idarəsinin rəisi Mirsaleh Seyidov məlumat verib.

İdarə rəisinin göndərdiyi məktubda deyilir ki, araşdırma zamanı Bayram Məmmədovun qanunsuz hərəkətlərə məruz qalması barədə xüsusatlar təsdiqini tapmayıb.

"Cəza çəkdiyi dövrdə məhkum Bayram Məmmədov Cəzaların İcrası Məcəlləsinə uyğun olaraq maddi məişət şəraiti ilə təmin olunub. İşgəncələrə, qeyri-insanı rəftara və ya ləyaqəti alçaldan rəftara məruz qalmayıb. Onun şəxsi təhlükəsizlik hüququ qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmin olunur", idarə rəisinin məktubunda deyilir.

İdarə rəisi həmçinin, gənc fəalın hüquqi yardım almasına da hər hansı məhdudiyyət qoyulmadığını qeyd edib.

Penitensiar Xidmət həmçinin Amerikanın Səsinin Bayram Məmmədovun işgəncəyə məruz qalması barədə məlumata münasibət bildirilməsi barədə sorğusuna da cavab verib.

"Ədliyyə Nazirliyi Penitensiar xidmətin 13 saylı cəzaçəkmə
müəssisəsində cəza çəkən məhkum Məmmədov Bayram Fərman oğluna işgəncələr verilməsi, qanunsuz hərəkətlərə məruz qalması və vəkili Elçin Sadıqovla görüşlərin vaxtında verilməməsi barədə müraciətinizə baxılmışdır. Bildirilir ki, araşdırma zamanı müraciətinizdə göstərilən
xüsusatları təsdiq edən hallar müəyyən edilməmiş cəza şəkdiyi dövrdə
məhkum B.Məmmədov Cəzalarının İcrası Məcəllləsinin 91-ci maddəsinin
tələblərinə uyğun olaraq maddi məişət şəraiti ilə təmin edilmiş,
işgəncələrə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz
qalmamış, şəxsi təhlükəsizlik hüququ qanunvericilikdə nəzərdə tutulmuş
qaydada təmin olunur.

Məhkum B.Məmmədovun hüquqi yardım almasına heç bir məhdudiyyət
qoyulmamış, mütəmadi olaraq vəkili Elçin Sadıqovla görüş təqdim edilmiş
və bu məsələlərdə süründürməçiliyə yol verilməmişdir", Penitensiar Xidmətin Amerikanın Səsinin may ayında göndərdiyi sorğusuna cavabında deyilir.

Yada salaq ki, Bayram Məmmədov 13 Saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin onunla rəftarından şikayətçi idi.

Aprel ayının 29-da onun vəkili Elçin Sadıqov bildirmişdi ki, onun müvəkkili ilə görüşünə əngəl yaradıblar.

Həmin vaxt B.Məmmədov vəkili vasitəsilə açıqlamışdı ki, cəzaçəkmə müəssisəsinin rəhbərliyinin ona münasibəti çox pisdir. Gəncin deməsinə görə, ona çatdırıblar ki, Heydər Əliyevin heykəlinə şüar yazdığından daim təzyiq altında olacaq.

"B.Məmmədov 13 saylı Cəzaçəkmə Müəssisəsinə yerləşdirildiyi gündən bəri xəstədir. Səbəb isə odur ki, ona yatmaq üçün yeri tualetin yanından və daim soyuq havanın əsdiyi yerdən veriblər. Müəssisənin rəhbərliyinə müalicə olunmaq və yerinin dəyişdirilməsi üçün müraciət etməsinə baxmayaraq, ona heç bir əhəmiyyət verilməyib. Xəstə olduğu halda sıra baxışına çıxarılır, gəzintiyə aparılır, müəssisə işçiləri ilə birlikdə məcburi əməyə cəlb edilir, əsassız olaraq "kars"a salınıb", vəkili bildirmişdi.

B.Məmmədov digər gənc fəal Qiyas İbrahimli ilə birgə ötən il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimlidən də 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Ancaq gənclər məhkəmədə ittihamları qəbul etməyiblər. Keçmiş prezident Heydər Əliyevin abidəsinə "Qul bayramınız mübarək!" şüarı yazılmasına görə həbs edildiklərini bəyan ediblər. Məhkəmənin qərarı ilə onlara 10 il həbs cəzası verilib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG