Accessibility links

Vəkil: Əfqan Muxtarlının mobil telefonundakı məlumatlar qanunsuz olaraq əldə edilib


Avqustun 2-də 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Əfqan Muxtarlı ilə bağlı istintaq hərəkəti həyata keçirilib. Bu barədə vəkil Elçin Sadıqov Facebook səhifəsindəki video müraciətində qeyd edib.

Gürcüstandan oturum izini alan jurnalist Ə.Muxtarlı mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Ə.Muxtarlının bildirdiyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib. Sərhədə gətirilərək Azərbaycana təhvil verilib, həmçinin, sərhəddə cibinə 10 min avro pul qoyulub.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmək) ittiham olunur. Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, dəfələrlə təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı bir sıra araşdırma yazılarının müəllifidir.

Vəkilin sözlərinə görə, dünən istintaq ilk öncə komputer-texniki ekspertiza keçirilməsi barədə qərarını elan edib.

“Bu qərara əsasən Meydan TV ilə əməkdaşlıqda suçlanan jurnalistlərdən əldə olunmuş komputerlər ekspertizaya göndəriləcək”.

Elçin Sadıqov
Elçin Sadıqov

Sadıqov deyib ki, istintaq daha sonra onları Əfqan Muxtarlının üzərindən götürülmüş mobil telefonun ekspertizası ilə bağlı rəylə tanış edib.

“Rəyin əlavəsi ilə tanış etmədilər. Rəydən görünür ki, Əfqan Muxtarlının telefon məlumatlarını qanunsuz olaraq əldə ediblər. Eyni zamanda telefonunda olan votsap (WhatsApp) yazışmalarını və digər yazışmalarını ələ keçiriblər. Amma həmin məlumatlar tam təqdim edilmədi. Biz məlumata və rəyə öz etirazımızı bildirdik”.

Vəkilin sözlərinə görə, istintaqın digər rəyi də elan olunub.

“Rəydə yazılır ki, guya Əfqan Muxtarlının bədəni üzərində hər hansı xəsarət izləri aşkar olunmayıb. Halbuki Əfqan Muxtarlı hasdisədən 38 gün keçəndən sonra ekspertizadan keçirilib. Bildirdik ki, bu rəyin tərtib olunması Muxtarlının bədənindəki xəsarət izlərini gizlətmək məqsədi güdür”.

O jurnalistin təcridxanada başqa kameraya köçürülməsinin səbəbini də açıqlayıb.

“Təcridxanada 2 nəfərlik kameralar ləğv olunduğuna görə Əfqan Muxtarlı indı 6 nəfərlik kameraya köçürülüb”.

Vəkil Muxtarlının səhhətində problemlər hələ də qaldığını bildirib.

Onun sözlərinə görə, avqustun 3-də də istintaq hərəkətləri olacaq. Bu gün jurnalist ekspertiza rəyinə əlavə ilə tanış ediləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG