Accessibility links

Gözəl Bayramlı və Əfqan Muxtarlının həbs müddəti uzadılacaq


Əfqan Muxtarlı və Gözəl Bayramlı

Baş Prokurorluq Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı vəjuranlist Əfqan Muxtarlı barəsində həbs q’timkant’dbirinin müddətinin artırılmasını istəyir.

Vəkil Elçin Sadıqov bildirib ki, prokurorluq bununla bağlı məhkəməyə təqdimatla müraciət edib.

"Həbs müddətinin uzadılması barədə vəsatətə Nəsimi Rayon Məhkəməsində baxılacaq. Hər iki təqdimat üzrə proses avqustun 17-də keçiriləcək. Hər iki təqdimata hakim Babək Pənahov baxacaq", E.Sadıqov bildirib.

Qeyd edək ki, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan G.Bayramlı və Ə.Muxtarlı barəsində ilkin olaraq 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, AXCP sədrinin müavini Gözəl Bayramlı Gürcüstandan qayıdarkən saxlanıb. Onun barəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib. Rəsmi məlumatda Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı bildirilir. Gözəl Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar və onun həbsi siyasi xarakter daşıyır, Gürcüstana isə müalicə məqsədilə gedib.

Jurnalist Əfqan Muxtarlı bildirir ki, Tbilisidən oğurlanaraq Azərbaycana gətirilib. O, AR Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə güc tətbiq etməklə müqavimət göstərmə), 318.1 (sərhədi qanunsuz keçmə) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə ittiham olunur. Əfqan Muxtarlı ittihamları rədd edir.

O iki ildir ki, Gürcüstanda yaşayırdı.

XS
SM
MD
LG