Accessibility links

Əfqan Muxtarlının həbs müddəti iki ay uzadılıb


Əfqan Muxtarlı
Əfqan Muxtarlı

Bakının Nəsimi rayon Məhkəməsi həbsdə olan jurnalist Əfqan Muxtarlı barəsində həbs qəimkan tədbirinin müddətini daha iki ay,- oktyabrın sonunadək uzadıb. Bu barədə Amerikanın Səsinə vəkil Nemət Kərimli bildirib.

Jurnalist Əfqan Muxtarlı bildirir ki, mayın 29-da Tbilisidən oğurlanaraq Azərbaycana gətirilib. O, Azərbaycan Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə güc tətbiq etməklə müqavimət göstərmə), 318.1 (sərhədi qanunsuz keçmə) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə ittiham olunur. Əfqan Muxtarlı ittihamları rədd edir.

Jurnalist iki ildir ki, Gürcüstanda yaşayırdı.

Vəkilin sözlərinə görə, Əfqan Muxtarlı məhkəmədə bildirib ki, həbsi siyasi sifarişdir.

“Mənim Tbilisidən oğurlamağımın səbəbi ailə biznesi ilə bağlı araşdırma yazılarımdır. Bu yazılarım Meydan.tv saytında dərc olunub. Azərbaycan hakimiyyəti saytın rəhbəri Emin Millini (E.Milli Almaniyada yaşayır-red) həbs edə bilmir. Bu səbəbdən də məni oğurladılar”,vəkil jurnalistə istinadən qeyd edib.

N.Kərimli jurnalistin ailəsi ilə telefonla danışdığını, lakin görüşə icazı verilmədiyini deyib.

Onun sözlərinə görə, Gürcüstan Prokurorluğu bir ay öncə Əfqan Muxtarlının dindirilməsinə icazə verilməsi xahişi ilə Azərbaycan Baş Prokurorluğuna müraciət edib.

“Azərbaycan Baş Prokurorluğu hələ də Gürcüstan tərəfinə cavab verməyib”, o deyib.

XS
SM
MD
LG