Accessibility links

REAL Hərəkatının icra katibinin cinayət işinə xitam verilib


Natiq Cəfərli
Natiq Cəfərli

Hərəkatının icra katibi Natiq Cəfərliyə qarşı Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsi tərəfindən qaldırılmış cinayət işinə xitam verilib. Bu barədə Turan-a N.Cəfərli məlumat verib.

N.Cəfərli xatırladıb ki, ona qarşı qanunsuz sahibkarlıq ittihamı irəli sürülüb.

"Mənə əsas irad qrantların Ədliyyə Nazirliyində qeydiyyatdan keçməməsi ilə bağlı idi. Ancaq vəkillər sübut etdilər ki, Ədliyyə Nazirliyində qrantların fiziki şəxslər tərəfindən qeydiyyat haqqında qanun 2014-cü ilin sonlarında qəbul edilib. Mənim ünvanıma ittihamlar bu qanunun qəbulundan öncəki dövrə aiddir", - o vurğulayıb.

N.Cəfərli qeyd edib ki, qanuna görə, əgər bir il ərzində istintaq hərəkətləri aparılmırsa cinayət işinə xitam verilir. N.Cəfərlinin sözlərinə görə, onun işi üzrə istintaq tədbirləri bir ildən çoxdur ki, aparılmır.

"Bu qərarı ədalətli hesab edirəm. Bu qərarın qəbulunda son vaxtlar Azərbaycanın beynəlxalq strukturlar tərəfindən tənqid olunması faktı da rol oynayıb", - o bildirib.

Xatırladaq ki, 2016-cı il avqustun 12-də N.Cəfərli həbs edilib. Sentyabrın 9-da onun barəsində həbs qətimkan tədbiri dəyişdirilib və o, Bakıdan çıxmamaq haqda iltizam ilə azadlığa buraxılıb.

XS
SM
MD
LG