Nardaran hadisələrinə görə həbs edilmiş şəxslərin bir qrupu azadlığa buraxılıb.
APA Agentliyinin məlumatına görə, bununla bağlı məhkəmə tərəfindən qərar qəbul edilib.
Qərara əsasən, 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı saxlanılan 14 nəfər vaxtından əvvəl azadlığa buraxılıb.
Qeyd edək ki, 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı 2 polis əməkdaşı, 4 kənd sakini ölüb, bir neçə nəfər yaralanıb. Əməliyyat nəticəsində yüzdən çox adam saxlanılıb. Onların bir hissəsi azadlığa buraxılıb, bəzilərinin isə barəsində məhkəmə hökmü çıxarılıb.
Öz növbəsində, vəkil Fariz Namazlı facebook səhifəsində yazıb ki, mətbuatda 2015-ci ilin noyabrın 26-da Nardaranda baş verən hadisə zamanı həbs edilən dindarların bəzilərinin həbsdən azad edildiyi yazılır.
Vəkil bildirir ki, Nardaran hadisələri (2-15-ci il 26 noyabr) zamanı 18 nəfər həbs edilib, onlar Tale Bağırovla birgə həbs edilən şəxslər olub və barələrində ağır cəzalar təyin edilib. Bu hadisədən sonra da xeyli sayda şəxs həbs edilib, əksəriyyəti qanunsuz silah saxlamaq ittihamı ilə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası alıb. Həmin şəxslərin həbsdən azad olmasına bir neçə ay qalıb və cəzalarını çəkdiyi cəzaçəkmə müəssisəsinin yerləşdiyi yerin məhkəməsi tərəfindən onlar vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb.
Daha ağır ittihamlarla həbs esilən 3 qrup Nardaran məhbusları və sonuncu həbs olunan Elxan İsgəndərov barəsində belə yüngülləşdirmə yoxdur”.
Namazlı həmçinin düşünür ki, 2 və 3-cü qrup Nardaran işi üzrə 1 və ya 2 nəfərə yüngülləşdirici halların tətbiq edilməsi ehtimalı var.