Accessibility links

Fikrət Hüseynli Kiyevdə müvəqqəti saxlama təcridxanasındadır


“Azadlıq” qəzetinin mühacirətdə olan müxbiri, Niderland vətəndaşı Fikrət Hüseynli dələduzluq və qanunsuz miqrasiyada günahlandırılır. O, hazırda Kiyevdə müvəqqəti saxlama təcridxanasında saxlanılır.

“Məni Azərbaycan sərhədini qanunsuz keçməkdə günahlandırıb, həbs etdilər”, bu sözləri Fikrət Hüseynli oktyabrın 14-də saxlanılması zamanı Facebook səhifəsində yazıb.

Kiyevdə yaşayan Yalçın Qəhrəmanoğlu facebook səhifəsində bu gün Borispol hava limanının polis şöbəsində Fikrət Hüseynli ilə görüşdüyünü yazıb.

Onun sözlərinə görə, Fikrət Hüseynli Kiyev-Düsseldorf təyyarə reysinə minik zamanı Ukrayna Sərhəd Xidməti tərəfindən saxlanılıb.

“Sonra Fikrət Hüseynlini Peroyaslav-Xmelninsk müvəqqəti saxlama təcridxanasına göndərdilər. Yaxın 3 gündə Hüseynlinin 40 günlük həbsi ilə bağlı məsələyə baxılacaq. Məhkəmə prosesi Borispol şəhət Məhkəməsində olacaq”, Qəhrəmanoğlu yazır.

O Fikrət Hüseynlinin özünü yaxşı hiss etdiyini bildirib.

Yalçın Qəhrəmanoğlu facebook səhifəsində Fikrət Hüseynli ilə fotosunu və jurnalistin Niderland vətəndaşı olmasını təsdiq edən sənədini də yayıb.

Ukrayna Sərhəd Xidməti rəsmi internet səhifəsində (http://dpsu.gov.ua/ua/news/V-aeroportu-Borispil-prikordonniki-zatrimali-inozemcya-yakogo-rozshukuvav-Interpol/) Kiyev-Düsseldorf təyyarə reysi ilə uçmaq istəyən 41 yaşlı Niderland vətəndaşının (Fikrət Hüseynli-red) İnterpol vasitəsi ilə beynəlxalq axtarışda olduğu üçün salxanıldığını bildirib.

“Müəyyən edilib ki, bu Niderland vətəndaşı dələduzluq və qanunsuz miqrasiya ittihamları ilə İnterpol vasitəsi ilə beynəlxalq axtarışa verilib. Həmin şəxs Ukrayna polisinə təhvil verilib”, Ukrayna Sərhəd Xidmətinin məlumatında deyilir.

Azərbaycanın rəsmi orqanları jurnalistin saxlanılması barədə məlumatlara hələ münasibət bildirməyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG