Accessibility links

Müğənni Fədayə Laçın saxlanılıb


Fədayə Laçın
Fədayə Laçın

Müğənni Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) qaçan məhbuslara yardım etməkdə şübhəli bilinən şəxs qismində saxlanılıb.

Məlumatı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov təsdiq edib. O bununla bağlı geniş məlumatın veriləcəyini bnildirib.

Fədayə laçın oktyabrın 23-də Lənkərandan Bakıya gətirilərkən Astara-Bakı qatarından qaçan məhbuslar Etibar Məmmədov və Əli Ağamiyə yardım etməkdə ittiham olunur.

L.Fədainin barəsində Nəsimi rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu il oktyabrın 23-də xüsusi vaqonda Lənkərandan Bakıya gətirilən Etibar Məmmədov (1980-cı il) və Əli Ağamiyə (1989-cu il) Biləcəri stansiyasında qaçıblar. Onlar xüsusilə ağır cinayət törətməkdə ittiham olunurlar. E.Məmmədov Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi), əvvəllər məhkum olunmuş Ə.Ağami isə 120.2.2 (qəsdən adam öldürmək) və 228 (qanunsuz odlu silah saxlamaq) maddələri ilə ittiham olunurlar.

Ötən həftə Lənkəran Ağır Cinayətlər Məhkəməsində prokuror onların hər birinin 19 il azadlıqdan məhrum edilməsini istəyib.

Oktyabrın 26-da Ə.Ağami saxlanılıb və təcridxanaya yerləşdirilib. E.Məmmədovun axtarışı davam edir.

Xidməti yoxlamanın nəticələrinə görə, Penitensiar Xidmətin bir neçə zabit və əməkdaşı ədliyyə orqanlarından xaric edilib, iki əməkdaş həbs olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG