Accessibility links

Vəkil: İlqar Məmmədov həbsdən buraxılmaq üçün müraciət etmək niyyətində deyil


İlqar Məmmədov şərti olaraq vaxtından əvvəl həbsdən buraxılmaq üçün müraciət etmək niyyətində deyil. Bu barədə REAL Hərəkatının liderinin vəkili Fuad Ağayev Azərbaycan prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun fikirlərini Amerikanın Səsinə şərh edərkən bildirib.

Novruz Məmmədov yerli mediaya bildirib ki, İ.Məmmədov cəzasının üçdə ikisini çəkdiyinə görə şərti olaraq vaxtından əvvəl azadlığa buraxıla bilər.

"İlqar Məmmədovu hakimiyyət həbs edib, o da azad etməlidir. İ.Məmmədov şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmaq üçün xahiş etmək, sonra da elektron bilərzikdə gəzmək niyyətində deyil", vəkil qeyd edib.

Dekabrın 5-də Avropa Şurasının Nazirlər Komitəsi REAL hərəkatının lideri İlqar Məmmədovun şərtsiz azad edilməsi çağırışına riayət etmədiyinə görə Azərbaycana qarşı prosedura başlayıb.

Avropa İnsan Haqları Məhkəməsi bu qənaətə gəlib ki, İlqar Məmmədova qarşı ölçülər onun susdurulması və cəzalandırılması məqsədi daşıyır.

Məhkəmə Avropa İnsan Haqları Konvensiyasının 5 (Azadlıq və toxunulmazlıq hüququ), 6 (Ədalətli məhkəmə araşdırılması hüququ) və 18-ci (Hüdudlarla bağlı məhdudiyyətlərdən istifadə hədləri) maddələrinin pozulduğunu müəyyən edib.

2017-ci ilin noyabr ayınadək 18-ci maddənin beş dəfə pozulduğu qeydə alınıb.

İlqar Məmmədovdan başqa 2013-cü ilin yanvarında İsmayıllı rayonunda baş vermiş hadisələrlə bağlı həbs edilən digər müttəhimlərin hamısı konvensiyaya əsasən azadlığa buraxılıb.

2014-cü il dekabrın 14-dən bəri Nazirlər Komitəsi dəfələrlə qərarlar və qətnamələr qəbul edib, Məmmədovun təcili və şərtsüiz azadlığa buraxılmasını tələb edib. Amma Azərbaycan hökuməti bu qərarları indiyədək icra etməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG