Accessibility links

Baş nazirin müavinin nəvəsi 6 il həbsə məhkum edilib


Nail Allahverdiyev foto : Report.az
Nail Allahverdiyev foto : Report.az

Azərbaycan baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun həbsdə olan nəvəsi Nail Allahverdiyev 6 il həbsə məhkum edilib. Dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrli ilə Allahverdiyevə hökm oxunub.

Dövlət ittihamçısı Nail Allahverdiyevə 7 il həbs istəyib.

Nail Allahverdiyev bu il avqustun 3-də idarə etdiyi avtomobillə qəza törədib. Onun idarə etdiyi “Mercedes-Gelandewagen” avtomobili yolu keçən piyadalar Vaqif Əsədovu və Türkiyə vətəndaşı olan daha iki nəfəri vurub, sonra avtomobil “VAZ 21015” markalı avtomobilə çırpılıb. Bundan sonra yolun kənarındakı maneəni aşaraq köməkçi yola keçən “Mercedes-Gelandewagen” yanıb. Qəza nəticəsində piyada V.Əsədov və “Mercedes-Gelandewagen”-nin sərnişini 31 yaşlı M.Əliyev dünyasını dəyişib.

N.Allahverdiyev Cinayət Məcəlləsinin 263.3 maddəsi (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma -ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) ilə ittiham olunur.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG