Accessibility links

Rusiyalı elmi işçi ölkəsinə qayıdıb


Dmitri Çulkov
Dmitri Çulkov

Yanvarın əvvəllərində Azərbaycanda həbs edilmiş Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun elmi əməkdaşı Dmitri Çulkov azad edilib və artıq Rusiyaya qayıdıb.

Bir müddət əvvəl anası oğlunun yanvarın 3-də birbaşa reyslə Moskvadan Bakıya getdiyini bildirib. İki gün sonra o, cəbhə xəttinə yaxın (Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttinin şimal hissəsi) yerləşən Göygöl qoruğunu ziyarət etmək qərarına gəlib. Bundan sonra onunla əlaqə kəsilib.

Sonradan məlum olub ki, o, hərbi hissə yaxınlığında hərbçilər tərəfindən saxlanılıb. Dünən Azərbaycanın hüquq-mühafizə orqanları bildirib ki, Çulkov hərbçilərin tələblərinə tabe olmayıb və buna görə 10 gün inzibati həbs cəzası alıb. Cəzasını çəkdikdən sonra o azad edilib.

Rusiyanın Bakıdakı səfirliyindən Çulkovun azad edilməsi barədə məlumatı təsdiq ediblər. "Bizdə olan məlumata görə, Dmitri Çulkov artıq Rusiya Federasiyası ərazisindədir", deyə Rusiyanın Bakıdakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Denis Apaşkin Turan agentliyinə bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG