Accessibility links

Dini fəalın şikayəti təmin edilməyib


«Müsəlman Birliyi» Hərəkatı
«Müsəlman Birliyi» Hərəkatı

Fevralın 16-da Bakı Apellyasiya Məhkəməsi "Müsəlman Birliyi" Hərəkatının fəalı Samir Babayevin 60 sutka inzibati həbs qərarı ilə bağlı şikayətini təmin etməyib.

Maştağa qəsəbəsinin sakini S.Babayev fevralın 3-də saxlanılıb. Ertəsi gün Sabunçu Rayon Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 206-cı (narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə təqsirli bilib. Iddia olunur ki, onun üzərindən narkotik maddə tapılıb. Məhkəmə S.Babayevə 60 sutka inzibati həbs cəzası verib.

Fevralın 16-da Bakı Apellyasiya Məhkəməsində İlqar Murquzovun sədriyilə S. Babayevin şikayətini təmin etməyib.

Babayev ittihamı əsassız sayıb və onda narkotik maddənin olmadığını bildirib. Fəalın sözlərinə görə, tutulmasının gerçək səbəbi həbsdəki ilahiyyatçı Taleh Bağırovun tərəfdarı olmasıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG