Accessibility links

AXCP fəalı həbs edilib


Tofiq Məmmədov
Tofiq Məmmədov

Fevralın 23-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Tofiq Məmmədov inizbati qaydada 15 sutka həbsə məhkum edilib. O, Yasamal rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində saxlanılır. Bu barədə vəkil Əsabəli Mustafayev Amerikanın Səsinə bildirib.

Mustafayevin sözlərinə görə, Məmmədov polisin qanuni tələbinə tabe olmamaqda ittiham edilir.

"Məhkəmə qərarından çıxarış almışam. Qərarda işin faktiki və hüququ tərəfləri aydınlaşdırlmayıb. Məmmədovun hansı şəraitdə, hansı səbəbdən tutulması məhkəmə qərarında əksini tapmayıb", o qeyd edib.

Vəkil Yasamal rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək.

Mustafayev bui gün bir neçə saat gözlədikdən sonra Yasamal rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində Tofiq Məmmədovla görüşüb.

"İlk öncə Ombudsman Aparatına təşəkkür edirəm. Onların müdaxiləsindən sonra mənim Məmmədovla görüşüm baş tutdu. Tofiq Məmmədovun saxlanma şəraitindən şikayəti yoxdur, əhval-ruhiyyəsi yüksəkdir. O, həbsinin Kanal 13-ə polislə bağlı tənqidi müsahibə verməsi ilə bağlı olduğunu dedi", vəkil bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bakıda COP29 işinə başlayıb
please wait

No media source currently available

0:00 0:09:14 0:00
XS
SM
MD
LG