Accessibility links

Məhkumlar elektron vasitələrlə izlənəcək


Həbsxana
Həbsxana

Baş nazir Artur Rasizadə məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısını və onların tətbiqi qaydalarının təsdiq edib.

Nzirlər Kabinetinin rəsmi saytının məlumatına görə sənədlər aprelin 15-dən qüvvəyə minib.

Qərara görə, məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron qolbaq, mobil nəzarət qurğusu, ev nəzarət stansiyası və ev siqnal ötürücüsü kimi 4 vasitə tətbiq edilir.

Elektron qolbaq şəxsin ayağına bağlanılır, coğrafi yerdəyişməni izləyir və monitorinq mərkəzinə məlumat ötürür. Mobil nəzarət qurğusu elektron qolbaqla birgə istifadə edilən vasitədir. Bu qurğu daim şəxsin yanında olur, qolbaqdan daxil olan izləmə məlumatlarını eyniləşdirərək montorinq mərkəzinə ötürür. Ev nəzarət stansiyası isə elektron qolbaqla birgə istifadə edilən, şəxsin yaşadığı evdə quraşdırılan elektron cihazdır. Bu, bir və ya bir neçə qurğudan ibarət ola bilər. Evdə quraşdırılan ev siqnal ötürücüsü isə elektron qolbaqdan daxil olan siqnalları mobil nəzarət qurğusuna ötürən elektron vasitədir.

2017-ci ildə Azərbaycan prezidenti cəzaların humanistləşdirilməsi ilə bağlı fərman imzalayıb. Sənəddə məhkum və həbs qətimkan tədbiri seçilmiş şəxslərin izlənməsi üçün elektron vasitələrdən istifadə edilməsi əksini tapır.

XS
SM
MD
LG