Accessibility links

Gədəbəyin keçmiş icra hakimiyyəti başçısı və qardaşı oğlu həbs edilib (Yenilənib)


Saleh Rüstəmov
Saleh Rüstəmov

Mayın 10-da Saleh Rüstəmovun qardaşı Valehin oğlu Vidadi Rüstəmli də Bakının Nərimanov rayonu ərazisində saxlanılıb.

Taleh Rüstəmli Amerikanın Səsinə bildirib ki, ona qarşı da Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham elan edilib. Nərimanov rayon Məhkəməsinin qərarı ilə Vidadi Rüstəmlinin barəsində 4 aylıq həbs qətimkna tədbiri seçilib.

Vəkillər hər iki həbs qərarından apellyasiya şikayəti verəcək.

***

Mərhum prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə, 1992-1993-cü illdərdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı olmuş Saleh Rüstəmov mayın 8-də Şəmkir rayonunda həbs edilib. Mayın 9-da Bakının Nərimanov rayon Məhkəməsinin qərarı ilə S.Rüstəmov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qardaşı Taleh Rüstəmov Amerikanın Səsinə bildirib ki, Saleh Rüstəmov mayın 8-də onun avtomobilində Bakıya gedərkən saat 15.20 radələrində Şəmkir rayonunda Yol Patrul Xidmətinin stasionar postunun qarşısında saxlanılıb.

“Şəmkir rayonu ərazisindəki stasionar postda çoxsaylı polis əməkdaşları avtomobilimin qarşısını kəsdi. Həyat yoldaşım və mənim avtomobildən düşməyimə imkan vermədilər. Salehi düşürdülər, telefon və sumkasını əlindən aldılar. Sonra Salehə qarşı külli miqdarda narkotik (Cinayət Məcəlləsinin 234.4.3 maddəsi) ittihamı irəli sürüb barəsində həbs qətimkan tədbiri seçiblər. Bütün hərəkətlər polis postundakı kameraların qarşısında olub. Saleh Rusiya vətəndaşıdır. O siqaret belə çəkmir. Azərbaycana ildə cəmi bir dəfə gəlir. Bu dəfə də qohumumuzun yas yerinə gəlmişdi”, o qeyd edib.

Saleh Rüstəmov 1997-ci ildə Rusiyaya köçüb, Moskva şəhərində yaşayır. O kiçik bizneslə məşğuldur.

Rəsmi qurumlardan Saleh Rüstəmovla bağlı məlumat almaq hələ mümkün olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG