Accessibility links

Müsavat Partiyasının fəalı 30 sutka həbsə məhkum edilib


Elvin Abdullayev
Elvin Abdullayev

Müsavat Partiyası Xətai rayon təşkilatının sədr müavini, keçmiş siyasi məhbus Elvin Abdullayev mayın 22-də həbs edilib. Bu barədə Müsavat Partiyasının Mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, bu gün bir qrup polis əməkdaşı Elvin Abdullayevin evinə gedərək, onun anasını Xəytai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə aparıb.

“Polisin gəldiyi vaxt evdə olmayan Elvin Abdullayev özü anasının saxlandığını bildikdən sonra bölməyə gedib. Anası sərbəst buraxılsa da, Elvin Abdullayev saxlanılıb. Xətai rayon Məhkəməsi hakim Bəxtiyar Məmmədovin sədrliyi ilə Elvin Abdullayevə İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə (polisə tabe olmamaq) 30 sutka inzibati həbs cəzası verib.

Müsavat Partiyasının mətbuat xidmətinin açıqlamasında bildirilir ki, Elvin Abdullayevin həbsi onun sosial şəbəkədəki yazıları ilə bağlıdır.

“Elvin Abdullayev bundan əvvəl də siyasi fəaliyyətinə görə dəfələrlə təqib olunub. O, sosial şəbəkələrdə hakimiyyəti tənqid edən yazılarla çıxış edib. Facebook profil şəkli olaraq İlham Əliyevin üzərində “Diktator” yazılmış şəklini yerləşdirib. Elvin Abdullayevin həbsi, onun sosial şəbəkədəki yazıları ilə bağlıdır. Bu, ifadə azadlığının kobud şəkildə pozulmasıdır. Elvin Abdullayevin anasının polis bölməsinə aparılması isə hüquqa sığmayan ləyaqətsiz bir addımdır. Elvin Abdullayevin dərhal azad olunmasını tələb edirik”, mətbuat xidməti bildirir.

Rəsmi qurumlar Elvin Abdullayevin həbsi ilə bağlı hələ məlumat yaymayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG