Accessibility links

Tərbiyəçi əzab vermə ittihamı ilə saxlanılıb


Bakıda “Kids Studio” Uşaq Mərkəzində azyaşlıya zorakılıq tətbiq edən tərbiyəçi saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mənsurzadə Amerikanın Səsinə bildirib.

Bir neçə gün öncə Facebook-da “Kids Studio" Uşaq Mərkəzində tərbiyəçinin azyaşlı uşaqlarla kobud davranışı əks olunmuş video yayılıb. Video geniş ictimai tənqidə səbəb olub. Bundan sonra mərkəzin rəhbərliyi tərbiyəçinin işdən uzaqlaşdırıldığını bildirib.

Orxan Mənsurzadənin sözlərinə görə, faktla bağlı Bakının Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 133-cü ( əzab vermə) maddəsi ilə cinayət işi başlanıb və mərkəzin tərbiyəçisi Füruzə Tağıyeva şübhəli şəxs qismində saxlanılıb.

Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG