Accessibility links

Gəncə hadisələri ilə bağlı şübhəli bilinən daha 8 nəfər tutulub


Dövlət Təhlükəsizlik Xidməti
Dövlət Təhlükəsizlik Xidməti

İyulun 3-də və 10-da Gəncə şəhərində törədilmiş cinayət hadisələri ilə əlaqədar birgə həyata keçirilmiş intensiv və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində daha 8 nəfər tutulub. Bu barədə Dövlət Baş Prokurorluğun, Daxili İşlər Nazirlyinin və Dövlət Təhlükəsizlik Xidmətinin iyulun 21-də yaydığı birgə məlumatda deyilir.

Məlumata görə, saxalnılanlar barədə həbs qətimkan tədbiri seçilib.

“Cinayət işi üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilərək axtarışda olan, Gəncə şəhərində ağır cinayət əməlləri törədən, Yunis Səfərovla yaxın münasibətlərdə olan və əvvəllər məhkum olunmuş Anar Bağırov iyulun 20-də Binəqədi rayonu, Xocəsən qəsəbəsində gizləndiyi yer müəyyən edilib. A.Bağırovun tərkisilah olunması və saxlanılması üzrə Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı o, silahlı müqavimət göstərərəkən cavab tədbiri olaraq məhv edilib", məlumatda deyilir.

Məlumata görə, A.Bağırovun üzərindən 1 ədəd "Makarov" tipli tapança və həmin silaha dair sursat aşkar edilərək maddi sübut kimi götürülüb.


İyulun 3-də Yunus Səfərov adlı şəxs tərəfindən Gəncənin İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə silahlı hecum olub.

İyulun 10-da isə Gəncə şəhərində yüksək vəzifəli polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.

Ölkənin təhlükəsizlik qüvvələri axtarış əməliyyatları aparaaq xeyli sayda şəxsi həbs edib. Axtarış-əməliyyat tədbirləri hazırda da davam etdirilir.

İyulun 15-də həmin iğşişşaların iştirakçılarından və polisi öldüməkdə şübhəlilərədn biri Rəşad Böyükkişiyev polisə qumbara ilə müqavimət göstərərkən təhkəsilzik qüvvələri tərəfondən öldürülüb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG