Accessibility links

Partiya fəalı 30 sutka həbs edilib


Gələcək Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının üzvü Tariyel Məmmədov 30 sutka inzibati həbsə məhkum edilib. O, iyulun 24-də Sabunçu rayonu ərazisində partiya fəalları ilə görüş zamanı saxlanılıb.

Partiyanın sədri Ağasif Şakiroğlu Amerikanın Səsinə bildirib ki, Tariyel Məmmədov öncə Sabunçu Rayon Polis İdarəsinə, sonra Suraxanı rayon Polis İdarəsinə aparılıb.

Bu gün məlum olub ki, Tariyel Məmmədov "ictimai asayiş"i pozduğuna görə inzibati qaydada 30 sutka həbs edilib. Partiya lideri fəalın həbsini "tamamilə qanunsuz" adlandırıb.

Gələcək Azərbaycan Partiyası 2013-cü il dekabrın 20-də təsis edilib. Parlamentin eks-spikeri, 1996-cı ildən siyasi mühacirətdə olan Rəsul Quliyev partiyanın fəxri üzvüdür.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG