Accessibility links

Siyasi Məhbusların Monitorinqi Mərkəzi AXCP fəalının həbsini pisləyən bəyanatla çıxış edib


Orxan Baxışlı
Orxan Baxışlı

Siyasi Məhbusların Monitorinqi Mərkəzi (SMMM) Xalq Cəbhəsi Partiyasının (AXCP) gənc fəalı Orxan Baxışlı barəsində məhkəmə hökmünü pisləyən bəyanatla çıxış edib.

Baxışlı sentyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən böyük ölçüdə narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

SMMM-nin bəyanatında deyilir ki, "ibtidai istintaq və məhkəmə prosesi prosessual qanunvericiliyin kobud şəkildə pozulması ilə həyata keçirilib".

"Faktiki olaraq, məhkəmədə müstəqil təhqiqat aparılmayıb, hökm istintaq orqanının ilkin protokolu əsasında tərtib edilib. Bütün siyasi proseslərdə olduğu kimi, müdafiə tərəfinin vəsatətləri təmin edilməyib, hakim açıq-aşkar ittiham tərəfi dəstəkləyib", SMMM rəhbəri Elşən Həsənov bildirib.

"Biz, keçmiş siyasi məhbuslar, Orxan Baxışlı barəsində ədalətsiz hökmə qəti etiraz edirik və hökmü siyasi motivli hesab edirik. Əminik ki, Orxan Baxışlı müxalifətin etiraz aksiyalarında iştirakına və hakimiyyəti tənqid etdiyinə görə cəzalandırılmaq üçün saxta ittihamla həbs edilib. Ədalətsiz hökmün ləğvini tələb edirik", sənəddə bildirilir.

SMMM 2014-cü ilin payızında bir qrup keçmiş "vicdan məhbusu" tərəfindən yaradılıb. Təşkilata hüquq müdafiəçisi Elşən Həsənov rəhbərlik edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG