Accessibility links

Düşün.tv internet saytının rəhbəri Tbilisidə saxlanılıb


Azər Kazımzadə
Azər Kazımzadə

Düşün TV internet televiziyasının rəhbəri Azər Kazımzadə sentyabrın 19-da axşam saatlarında Tbilisi şəhərində saxlanılıb.

“Hal-hazırda polislər məni Tbilisidə polis idarəsinə aparırlar”, o özü sentyabrın 19-da Bakı vaxtı ilə saat 22.20-də facebook səhifəsində yazıb.

Hazırda Fransada mühacirətdə olan Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahid Bakı vaxtı ilə saat 22.25-də Azər Kazımzadə ilə telefonla danışıb.

“Azər Kazımzadə ilə indi danışa bildim. Telefonu 5 dəqiqəliyə ona verdilər. Hazırda polisdədir. Saxlanılmasının səbəbi bəlli deyil. Gürcüstandakı hüquq müdafiə təşkilatlarına dərhal məlumat verilməlidir. İkinci Muxtarlı olayı bu dəfə açıq şəkildə təkrar oluna bilər”, Qənimət Zahid facebook səhifəsində yazıb.

“Azər hazırdaTbilisinin Vake rayon polis bölməsindədir”, keçmiş siyasi məhbus kimi tanınan Rəsul Mürsəlov yazıb.

Bununla yanaşı, rəsmi qurumlar Azər Kazımzadənin saxlanılması barədə hələ məlumat yaymayıb. Onun saxlanılmasının sbəbləri də bəlli deyil.

Azər Kazımzadə bir ildən çoxdur Tbilisidə yaşayır. O Azərbaycan iqtidarını kəskin tənqid edən reportajlarla çıxış edir. Son müsahibəsini sentyabrın 18-də Milli Şuranın sədri Cəmil Həsənlidən götürüb.Onun facebook səhifəsində də iqitdarın kəskin tənqidi əks olunmuş kollajlar və şüarlar var.

XS
SM
MD
LG