Accessibility links

AXCP fəalı həbs edilib


AXCP
AXCP

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı İbrahim İbrahimli on gün bundan qabaq, oktyabrın 16-da saxlanılıb.

AXCP-nin mətbuat xidmətinin məlumatına görə, Bakının Binəqədi rayon şöbəsinin üzvü olan İbrahim İbrahimli anadan olduğu Tovuz rayonunda saxlanılıb. Tovuz rayon Məhkəməsinin qərarı ilə İbrahimli İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (Polisin qanuni tələbinə tabe olmamaq) ilə günahkar bilinərək 30 sutka inzibati həbsə məhkum edilib.

Həbsindən bir neçə gün sonra fəalın atası dünyasını dəyişib və o bir gün müddətində atasının dəfnində iştirak üçün buraxılıb.

AXCP Mətbuat Xidməri İbrahimlinin sosial şəbəkələrdə tənqidi statuslarına görə həbs edildiyini bildirir.

Rəsmi qurumlar İbrahim İbrahimlinin həbsi ilə bağlı hələ məlumat yaymayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG