Accessibility links

Jurnalist ailəsi ilə görüşüb


Əziz Orucov
Əziz Orucov

Kanal 13 intermnet televiziyasının jurnalisti və rəhbəri Əziz Orucovun saxlanılma şəratində müsbətə doğru dəyişiklik var. Onun saxlanıldığı kameraya sərnikeş buraxılıb, həkim müayinəsindən keçirilib və müəyyən tibbi yardım alıb. Səhhəti artıq normaldır. Bu barədə vəkil Cavad Cavadov avqustun 1-də Əziz Orucovla görüşdükdən sonra facebook səhifəsində yazıb.

Vəkilin sözlərinə görə, avqustun 1-də jurnalistin ailəsi ilə görüşünə icazə verilib və ilk görüş baş tutub.

“Bununla yanaşı bir daha bildiririk ki, Əziz Orucova elan olunmuş ittihamın nə faktiki, nə hüquqi tərəfi vardır. Ümid edirəm tezliklə Əziz Orucov barəsində cinayət işinin icraatına xitam veriləcək və o həbsdən azad ediləcək”, Cavad Cavadov qeyd edib.

“Kanal 13" İnternet Telerviziyasının Bakı bürosunun rəhbəri Əziz Orucova mayın 2-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə müqavimət) maddəsi ilə ittiham edilib.

Ə.Orucovun inzibati cəzası başa çatan gün - iyunun 1-də ona cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Ə.Orucov barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Cinayət işi Ə.Orucovun təsisçisi olduğu "Qafqaz Media Təhqiqatları" İctimai Birliyi və “Kanal 13" ilə bağlıdır.

Nəsimi Rayon Məhkəməsi Ə.Orucov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Jurnalist ittihamları qəbul etmir.

XS
SM
MD
LG