Accessibility links

Vəkil: Bayram Məmmədovu yenidən karsa qaytarmaq istəyirlər


Bayram Məmmədov, İlkin Rüstəmzadə və Elgiz Qəhrəman

Vəkil Əsabəli Mustafayev oktyabrın 16-da 13 saylı Cəzaçəkmə Müəssəsində yenidən İlkin Rüstəmzadə və Bayram Məmmədovla görüşüb. Bu barədə Mustafayevin özü Facebook səhifəsində yazıb.

“Belə tezliklə bu müəssisəyə təkrar getməyimin səbəbi həmin siyasi məhbusların vəziyyəti barədə narahatedici xəbərlərin gəlməsidir.”

13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan siyasi məhbuslar vəkil vasitəsilə bis sıra mesajlarını ictimaiyyətin diqqətinə çatdırıb.

Əsabəli Mustafayev
Əsabəli Mustafayev

“Bayram karsda (cərimə kamerasında 10 gün saxlanılıb-red) cəzasını çəkib qutarıb. Lakin onun tezliklə yenidən karsa qaytarılması ehtimalı var. Bundan ötrü bəhanə kimi güya Bayramın yataq yerini özbaşına dəyişdirməsi göstərilir. Halbuki Bayramın yataq yerini müəssisə rəbərliyi dəyişib. Keçən həftə müəssisənin rəhbərliyi qəflətən Bayrama bildirib ki, o, yerini özbaşına dəyişib, bu səbəbdəb təzədən əvvəlki yatağına qayıtmalıdır. Qarşıdan soyuq havalar gəlir və belə əmr yalnız Bayramın həyatını təhlükəyə məruz qoymaq məqsədi daşıya bilər. Çünki onun əvvəlki yataq yeri daim yelçəkəndir”.

Əsas məqsəd onu intizamsız dustaq qismində rəsmiləşdirməklə gələcəkdə saxlanma rejimini sərtləşdirmək, həbsxanaya göndərməkdir.

Vəkilin yazdığına görə, Bayram Məmmədovun özbaşına yerdəyişmə ittihamı sadəcə bəhanədir.

“Əsas məqsəd onu intizamsız dustaq qismində rəsmiləşdirməklə gələcəkdə saxlanma rejimini sərtləşdirmək, həbsxanaya göndərməkdir. Bayram həmçinin hesab edir ki, ona qarşı belə sərt və qərəzli tədbirlərin görülməsi müəssə rəhbərliyinin təşəbbüsü deyil. Onun fikrincə, bu barədə tapşırıq digər dövlət qurumlarından verilib”.

Vəkil bildirir ki, həmin müəssisədə saxlanılan İlkin Rüstəmzadə və Elgiz Qəhrəmanlı Bayrama qarşı edilən haqsılıqlara qarşı etiraz olaraq aclıq aksiyası elan edib.

“Bayramın özü də bu aksiyaya qoşulub. Onlar aksiyanı rəsmi qaydalar çərçivəsində keçirmək istəyirlər. Bununla əlaqədar rəhbərliyə ərizə ilə müraciət edərək aksiyanın qeydə alınmasını, aclıq zamanı onların digər dustaqlardan ayrı saxlanmaqlarını xahiş ediblər. Lakin müdüriyyət onların müraciətini qeydə almaqdan imtina edib. Bu səbəbdən onlar hələ də aksiyaya başlaya bilməyib. Lakin aksiyanı keçirməkdə israrlı olduqlarını, aksiyanı tezliklə qeydiyyata alınmadığı halda da keçirəcəklərini bildirdilər”.

İlkin Rüstəmzadə “Azad Gənclik” Təşlilatının fəalıdır. 2013-cü ilin mayında saxlaınılıb, iğtişaşların təşkili və başqa ittihamlarla 8 illik həbsə məhkum edilib.

Vəkil Bayram Məmmədova qarşı olan təhdidlərin hüquqi müstəvidə çözülməsi üçün lazımi tədbirlər görəcəyini bildirib.

NİDA Hərəkatının fəalı Bayram Məmmədov Heydər Əliyevin abidəsinə 2016-cı ilin mayında siyasi şüar yazdıqdan sonra narkotik ittihamı ilə 10 il azadlıqdan məhrum edilib.

İlkin Rüstəmzadə “Azad Gənclik” Təşlilatının fəalıdır. 2013-cü ilin mayında saxlaınılıb, iğtişaşların təşkili və başqa ittihamlarla 8 illik həbsə məhkum edilib.

Elgiz Qəhrəman da NİDA Vətəndaş Hərəkatının fəalıdır. O facebook səhifəsində referendumla bağlı tənqidi status yazdıqdan sonra narkotik ittihamnı ilə 5 il 6 ay azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG