Accessibility links

Vəkil: Arif Kazımov və Səfa Poladov alçaldıcı rəftara məruz qalıb


Elçin Sadıqov
Elçin Sadıqov

“Penitensiar Xidmətin Həbsxanasında saxlanılan Səfa Poladov və Arif Kazımov hazırda dəmirin üstündə yatırlar. Həbsxana rəisi onları ölümlə hədələyib və.s. Alçaldıcı rəftara məruz qalıblar. Arif Kazımov baş verənlərdən bezərək intihar edib (amma bu intiharın qarşısını həbsxana əməkdaşları alıb)”. Bu barədə vəkil Elçin Sadıqov yanvarın 13-də Penitensiar Xidmətin Həbsxanasında Səfa Poladov və Arif Kazımovla görüşdükdən sonra facebook səhifəsində yazıb.

Arif Kazımov və Səfa Poladov keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsində qulluq edib. 1996-cı ildə Qazax rayonunda (Bakıdan 500 kilometr qərb) baş verən silahl insidentdən sonra həbs ediliblər. Əvvəlcə ölüm cəzasına, ölüm cəzası ləğv edildikdən sonra isə ömürlük həbsə məhkum ediliblər. 2017-ci ilin martımda Ali Məhkəmə ömürlük azadlıqdan məhrum edilmənin 20 illik həbslə əvəz edilməsi barədə Arif Kazımov və Səfa Poladovun kassasiya şikayətini təmin etməyib.

Vəkil Elçin Sadıqov yazır ki, Kazımov və Poladov 14 dekabr 2017-ci ildə hənsxana rəisinin onlara qarşı qanunsuz və alçaldıcı hərəkətlərə yol verdiyini, dəfələrlə heç bir əsas olmadan televizora baxmaq adı ilə karsa (cərimə kamerasına) salındıqlarını, yerlərini dəyişdib başqa yerə köçürüldüklərini bildiriblər.

“Mənə yazılı Azərbaycan prezidenti İlham Əliyevin adına yazılmış ərizə verdilər və yazılı olaraq xahiş etdilər ki, bu məlumatı təcili olaraq ictimailəşdirim ki, ölkə başçısının və Ombudsmanın baş verənlərdən dərhal məlumatı olsun. Ombudsman dərhal onları qəbul edib, həyatlarına olan təhlükənin qarşısını alsın”, vəkil qeyd edir.

Penitensiar Xidmət hələ məhbusların bəyanatına münasibət bildirməyib. Amma, Penitensiar Xidmət bir qayda olaraq həbs yerlərində insanların qanunvericiliyin tələblərinə uyğun saxlanıldığını, onların işgəncə və qeyri-insani rəftara məruz qalmadığını bildirir.

XS
SM
MD
LG