Accessibility links

Vəkil: Babək Həsənova ailəsi ilə görüşmək və zəng etmək imkanı yaradılmır


Babək Həsənov
Babək Həsənov

“Hüquqlarını müdafiə etdiyim Babək Həsənova ailəsi ilə görüşmək və zəng etmək imkanı yaradılmır. Bakı İstintaq Təcridxanasının rəhbərliyi məhdudiyyətin istintaq orqanı tərəfindən qoyulduğunu, istintaq orqanı isə heç bir məhdudiyyətin qoyulmadığını bildirir. Müraciətlərimizə isə hələ rəsmi cavab almamışıq”. Bu barədə vəkil Cavad Cavadov hüquqlarını müdafiə etdiyi Babək Həsənovun yazılı müraciətinə əsaslanaraq Amerikanın Səsinə bildirib.

Babək Həsənovun müraciəti
Babək Həsənovun müraciəti

Babək Həsənov mayın 25-də həbs olunub. Ona qarşı Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Eltac Əlisoyla birgə Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələrlə ittiham irəli sürülüb.

Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir ki, Rusiyada yaşayan Saleh Rüstəmov biznes strukturlarında çalışan və əvvəllər tanıdığı ayrı-ayrı Azərbaycan vətəndaşlarından hər ay toplayaraq Moskva şəhərində kommersiya bankında açdığı hesabına keçirdiyi 30 min ABŞ dollarını 2016-cı ilin martından etibarən, Bakı şəhərində valyuta əməliyyatlarının qanunsuz köçürülməsi ilə məşğul olan Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov və Tural Mehdixanov vasitəsilə Vidadi Rüstəmliyə çatdırılmasını təmin edib. V. Rüstəmlinin həmin vəsaitləri qəbul edib Aqil Məhərrəmov, Ruslan Nəsirov və Babək Həsənova, onların isə AXCP-nin funksionerlərinə vermələri ilə, ümumilikdə 412 min ABŞ dollarını AXCP-nin tədbirlərinin maliyyələşdirilməsinə, dəstə üzvlərinin iqtisadi maraqlarının təmin olunmasına və digər maliyyə əməliyyatlarının həyata keçirilməsinə, beləliklə də cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətmələrinə əsaslı şübhələr müəyyənləşib”.

Öz növbəsində, AXCP rəsmi məlumatı təkzib edib, yalan və böhtan adlandırıb.

Vəkil mətbuat vasitəsi ilə Ədliyyə Nazirliyindən və Baş Prokurordan xahiş edir ki, həbs edilmiş şəxsin elementar hüquqlarının təmin edilməsi üçün tapşırıqlar verilsin.

Cavad Cavadov
Cavad Cavadov

Cavadov bildirir ki, Babək Həsənov Bakı İstintaq Təcridxanasına gətirildiyi gündən onun hüquqları pozulur.

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanuna əsasən həbs edilmiş şəxs yaxın qohumları və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslər ilə ayda dörd dəfə 4 saatadək müddətə ləyaqətli şəraitdə və nəzarət altında görüşmək hüququna malikdir. Həbs edilmiş şəxslər həftədə iki dəfə 15 dəqiqəyədək müddətdə telefonla danışmaq hüququna malikdir. Lakin Babək Həsəonova ailəsi ilə görüşmək və zəng etmək imkanı yaradılmır”, vəkil qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG