Accessibility links

Delaver həbsxanasında keşikçinin cəsədi aşkar edilib


ABŞ-ın Delaver ştatında 24 saat əvvəl məhbusların ələ keçirdiyi həbsxana təmizlənərkən keşikçilərdən birinin cəsədi aşkar edilib.

Ştat polisi daha iki girovun tapıldığını bildirib. Onlardan biri az sonra dünyasını dəyişib, digəri isə yerli xəstəxanaya çatdırılıb.

Böhran dünən səhər saatlarında məhbusların 4 həbsxana mühafizəçisini girov götürməsi ilə baş qaldırıb. Onlardan ikisi axşam saatlarında azad edilib.

Delaver qubernatoru Con Karni hadisəni hüquq mühafizəçilərinin üzləşdiyi təhlükənin faciəvi nümunəsi adlandırıb. O, həlak olanların ailələrinə ölənlərin ruhuna dua oxuyacağını bildirib.

"Bunun cavabdehliyini daşıyanların hamısı məsuliyyətə cəlb ediləcək. Belə hallara yol verilməməsi üçün hər bir ölçüyə əl atılacaq " -deyə Karni bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG