Accessibility links

Hələbin bir hissəsi hökumətin nəzarətinə keçib


Suriyanın Hələb bölgəsindən minlərlə sakin hökumətin nəzarəti altında olan bölgələrə sığınır.

Britaniyada yerləşən Suriya İnsan haqlarının müşahidəsi qrupu 400-dən artıq insanın hökumət qüvvələrinin ələ keçirdiyi Masakan Hanano rayonuna qaçdığını xəbər verir.

Bu, 2012-ci ildən bəri Hələbin şərq bölgəsindən ilk insan axınıdır

"Bu, 2012-ci ildən bəri Hələbin şərq bölgəsindən ilk insan axınıdır"- deyə qrupun rəhbəri Rami Əbdel Rəhman bildirib.

Masakan Hanano Rusiya qüvvələrinin dəstəyi ilə 13 gün sürən qızğın döyüşlərdən sonra geri alınıb.

Bölgədə hələ də 250 min sakinin qaldığı təxmin edilir. Onları qış mövsümündə ciddi aclıq və yanacaq qıtlığı gözləyir.

Dövlət televiziyası ilə 2012-ci ildən rəqib qüvvələrin ələ keçirdiyi Masakan Hananoda minalar və digər partlayıcı qurğulardan təmizləndiyini nümayiş etdirilib.

Qərb analitikləri bu bölgəninn strateji əhəmiyyət kəsb etdiyini deyərək, hökumətin vilayətin şimal bölgəsini tamamilə rəqib qüvvələrin nəzarətində olan bölgələrdən təcrid edəcəyi barədə xəbərdarlıqla çıxış edir.

ABŞ-ın BMT-dəki səfiri Samanta Pauer ötən həftə döyüşlər nəticəsində 300-ə yaxın mülki əhalinin həlak olduğunu bildirib.

Moskva və Dəməşq bölgədə terrorçuların hədəf alındığını israr etsə də, çoxsaylı dinc insanın həlak olduğu deyilir.

Diplomatlar və insan haqları qrupları hər iki hökumətin müharibə cinayətlərində ittiham edilməsinə çağırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG