Accessibility links

Rusiya Suriyanın Hələb şəhərində atəşkəsin uzadılmasına vasitəçilik edib


Rusiya Suriyanın Hələb şəhərində atəşkəsin uzadılmasına vasitəçilik etdiyini bildirib. Bu şəhərdə son döyüşlər zamanı 300-ə yaxın insan həlak olub.

Rusiyanın İnterfax xəbər agentliyinin bildirdiyinə görə, şənbə günü başa çatan iki günlük atəşkəsin müddəti daha 72 saat uzadılıb. Agentlik Rusiyanın Müdafiə Nazirliyinin Lakatia regionunda da atəşkəsin 72 saat uzadılmasına yardım etdiyini xəbər verir.

​ABŞ və Rusiya Lakatia və Dəməşq yaxınlığındakı Qouta bölgələrində atəşkəs əldə edilməsinə ötən həftə vasitəçilik edib.

Hələb və digər bölgələrdə artmaqda plan zorakılıqlar Suriya hökuməti ilə müxalifət arasında siyasi dialoqa hədə törədir.

ABŞ Dövlət Departamenti atəşkəsin uzadılmasını alğışlayaraq, Amerikanın data böyük nəticələr əldə edilməsinə çalışdığını bildirib.

Departamentin sözçüsü Con Kirbi ABŞ-ın Suriyada daha artıq iş görülməsində Rusiya ilə əməkdaşlığın istisna edilmədiyini bəyan edib.

ABŞ və Rusiya atəşkəsə riayər edilməsinə nəzarət edən qüvvələrinin həmsədrləridir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG