Accessibility links

BMT Hələbə monitorinq qrupu göndərir


BMT-nin Təhlükəsizlik Şurası Hələbə müşahidəçi göndərilməsi məsələsini səsə qoyub. Məqsəd bölgədə qalmış insanların müdafiəsidir. Hələbə monitoriq qrupunun təcili şəkildə göndərilməsi ilə bağlı qətnamə yekdilliklə təsdiq edilib.

Fransa və Rusiyanın təqdim etdiyi qətnamə layihəsində şərtsiz və təcili surətdə insanların humanitar yardım və tibbi xidmətlə təmin edilməsinə çağırılır.

Təhlükəsizlik Şurası bundan əlavə Fransanın ağırlaşmaqda olan humanitar böhranın həlli ilə bağlı yığıncaq keçirilməsi tələbinə baxılacaq.

Lakin Qərb diplomatları Amerikanın Səsinə Rusiyanın təklifləri qəbul edəcəyinə ümid etmədiklərini bildirir.

Bu gün Hələbin mühasirədə olan iki kəndindən daha artıq insanın evakuasiyası baş tutub.

Fəallar və yerli rəsmilər insanlarla dolu 20 avtobusun bölgəni tərk etdiyini bildirib.

Suriyanın İnsan Haqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə,dünən rəqib qüvvələrin mühasirəsində olan iki kənddən insanları evakuasiya edəcək avtobuslar hücuma məruz qalaraq yandırılıb.

Avtobuslar Əl-Fua və Kafraya kəndlərindən 2 minə yaxın xəstə və yaralını evakusiya etməli idi.

Hücumun məsuliyyətini Nüsrə Cəbhəsi üzərinə götürüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG