Accessibility links

Rusiya və Suriya qüvvələri Hələbin bombardmanını dayandırır


Rusiya öz hərbi qüvvələri və Suriya prezidenti Bəşar Əl-Əsəd ordusunun cümə axşamı planlaşdırılmış 8 saatlıq "humanitar fasilə"dən öncə Hələb şəhərinin bormbardmanını dayandırdığını bildirib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu açıqlamanı bu gün televiziya ilə çıxışı zamanı verib. O, hava hücumlarının bu gün yerli vaxtla səhər saat 10:00-da dayandırıldığını bildirib.

Hava hücumları ilə bağlı ilkin məlumat Moskva tərəfindən bazar ertəsi verilib. Humanitar fasilə dağılmış şəhəri tərk etmək istəyən sakinlər, yaralılar və xəstələr, eləcə də üsyançılar üçün nəzərdə tutulub.

Həftə ərzində döyüşləri 48 saat dayandıraraq humanitar fasiləyə çağıran BMT Rusiyanın bu bəyanatını alqışlayıb. "Biz hər hansı fasilədən istifadə etməliyik. Yardım dolu yük maşınlarının bölgəyə daxil olamsı üçün uzunmüddətli fasiləyə ehtiyac var" deyə, BMT sözçüsü Stefane Dujarrik bildirib.

​Bazar ertəsi həyata keçirilən bomba hücumları nəticəsində Hələb vilayətinin üsyançıların nəzarətində olan hissəsindəki yaşayış binaları dağılıb və azı 23 nəfər ölüb.

XS
SM
MD
LG